İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
Заглавие:
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər
Автор:
Əliyev İlham Heydər oğlu
Год издания:
2026
Том:
148
Аннотация:
Bu nəşrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri, yüksəksəviyyəli müzakirələrdə iştirakı və keçirdiyi görüşlərə dair materiallar daxil edilmişdir. Oxucular yeni kitabda dövlət başçısının Danimarkaya işgüzar səfəri, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilmiş 7-ci Zirvə Toplantısının açılış mərasimində və plenar sessiyasında iştirakı, həmçinin bu çərçivədə keçirdiyi görüşlər barədə məlumatlarla tanış ola bilərlər. 2025-ci ilin oktyabr ayında Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistanda, Yaxın Şərq Sülh Sammitində iştirak məqsədilə isə Misir Ərəb Respublikasında səfərdə olmuşdur. Həmin ay dövlət başçısı, eyni zamanda, Qazaxıstana dövlət səfəri etmiş, Astanada "Orta Dəhlizin inkişafı" birgə layihəsinin təqdimat mərasimində iştirak etmiş və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxış etmişdir. Səfər ərəfəsində Prezident Kazinform agentliyinə eksklüziv müsahibə vermişdir. Bütün bu materiallar çoxcildliyin 148-ci kitabında yer almışdır. Kitabda həmçinin Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Sercio Mattarella ilə görüşünə dair məlumat, eləcə də Bakıda İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimində etdiyi çıxışın mətni təqdim olunmuşdur.Bundan əlavə, nəşrdə dövlət başçısının Yevlax və Gəncə şəhərlərinə səfərləri, Gəncədə keçirilmiş III MDB Oyunlarının təntənəli açılış mərasimində iştirakı, həmçinin Qəbələdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışının mətni də öz əksini tapmışdır.
Библиографическое описание
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov. 148-ci kitab: sentyabr 2025 - noyabr 2025.- Bakı: Azərnəşr, 2026.- 392 s.