AX (A-Ge, Sn, Pb; X-S, Se, Te) birləşmələrində elektron hadisələri
AX (A-Ge, Sn, Pb; X-S, Se, Te) birləşmələrində elektron hadisələri
Заглавие:
AX (A-Ge, Sn, Pb; X-S, Se, Te) birləşmələrində elektron hadisələri
Автор:
Hüseynov Cahangir
Год издания:
2020
Аннотация:
Monoqrafiyada ədəbiyyat məlumatları və müəllifin germanium, qalayın və qurğuşun halkogenidləri üzərində apardığı tədqiqatların nəticələri ümumiləşdirilmişdir. AIV-BVI sistemlərindəki faz tarazlığını nəzərdən keçirir, monohalkogenidlərinin kristal quruluşu və bu birləşmələrin polimorf çevrilmələri haqqında məlumatlar verilir, monokristallarının sintezi və böyüməsi üçün metodların imkanları təhlil edilir. Xüsusi elektrikkeçiriciliyi, Holl əmsalı, termo e.h.q.-nin temperatur asılılıqları, yükdaşıyıcıların səpilmə mexanizmləri araşdırılmış, termoelektrik keyfiyyətliliyi dəyərləndirilmiş, bərk məhlulların zona parametrləri haqqında müəyyən məlumatlar verilmişdir. İstilikkeçirmə əmsalının təyin olunmuş qiymətləri əsasında kristal qəfəs rəqslərinin anharmoniyası, faza keçidlərinin mövcudluğu, istilikkeçirmənin mexanizmində qəfəsin fonon rəqslərinin rolu və kimyəvi rabitənin təbiətinin tərkibdən asılı olaraq dəyişilməsi haqqında nəticələr ümumiləşdirilmişdir.
Библиографическое описание
Hüseynov, Cahangir İslam oğlu. AX (A-Ge, Sn, Pb; X-S, Se, Te) birləşmələrində elektron hadisələri: monoqrafiya / C. İ. Hüseynov; elmi red. E. Ə. Eyvazov; Azərbaycan Dövlət Pedaqoji Universiteti.- Bakı: ADPU nəşriyyatı, 2020.- 247 s.