Kitabda folklorumuzun gürcü ədəbi-mədəni mühitində təsir və maraq dairəsindən söhbət açılır, xalq ədəbiyyatı örnəklərimizin tərcüməsi, nəşri və tədqiqi məsələləri araşdırılır, gürcü xalqının milli-mənəvi dəyərlərimizə sevgilərindən bəhs olunur, müxtəlif janrların tipoloji təhlilləri verilir və analoji motivlər aşkarlanır.