Dərslik "XX əsr bəstəkar yaradıcılığının təmayülləri" fənninin tədrisinə həsr olunmuş və bu fənnin tədris proqramına uyğun olaraq yazılmışdır. Müəllif Qərbi Avropa, rus və Azərbaycan musiqişünaslığında meydana çıxan elmi tədqiqatların əsas müddəalarından bəhrələnərək, XX əsr bəstəkar yaradıcılığının təmayüllərinin sistemli şəkildə geniş tarixi-nəzəri şərhini vermişdir. Dərslikdə XX əsrin musiqisi haqqında tarixi-nəzəri məlumat, bəstəkar təmayüllərinin başlıca xüsusiyyətlərinin izahı ilk dəfə olaraq öz əksini tapmışdır.
Библиографическое описание
Ələsgərli, Kəmalə Veyis qızı. XX əsr bəstəkar yaradıcılığının təmayülləri: dərslik / K. V. Ələsgərli; elmi red. Ü. İ. İmanova; Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası.- Bakı: Müəllim, 2024.- 332 s.