Çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixini"nin I cildi kökü minilliklərə dayanan milli-mənəvi və mədəni irsimizin əsas tərkib hissələrindən olan şifahi xalq ədəbiyyatına həsr edilmişdir. Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatı bütöv bir sistem kimi alınaraq ayrı-ayrı ədəbi növ və janrlarının tarixi, təkamül və təşəkkülü, strukur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilmişdir. Cilddə şifahi bədii düşüncənin tarixi inkişafı folklor yaradıcılığının ümumi mənzərəsi və müxtəlif janrların daxili təkamülü kontekstində araşdırılmışdır.
Библиографическое описание
Azərbaycan ədəbiyyatı tarixi: 10 cilddə / AMEA Nizami adına Ədəbiyyat İnstitutu; red. heyəti: İ. Ə. Həbibbəyli [et al.]. I cild: Şifahi xalq ədəbiyyatı / İ. Ə. Həbibbəyli, M. P. Qasımlı, A. M. Acaloğlu [et al.].- Bakı: Elm, 2018.- 1072 s.