Monoqrafiyada Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1992-ci ildə yaradılmış "Nardaran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun memarlıq-şəhərsalma irsi işıqlanmışdır. İlk dəfə olaraq Nardaran qəsəbəsinin orta əsrlərdən bəri müxtəlif tipli memarlıq irsininin kompleks şəkildə tədqiqatına, tipoloji təsnifatının, kompozisiya xüsusiyyətlərinin araşdırılmasına cəhd göstərilmişdir. Qoruq ərazisində bir-sıra yeni abidələr aşkarlanmış, ərazidə aparılmış abadlaşma və bərpa işlərinə, eləcə də mədəni turizm inkişafına diqqət ayrılmışdır.
Библиографическое описание
Əliyeva, Rahibə Şanxay qızı. "Nardaran" Dövlət Tarix-Mədəniyyət Qoruğu: monoqrafiya / R. Ş. Əliyeva; elmi red. E. Ə. Qasımzadə; AMEA Memarlıq və İncəsənət İnstitutu.- Bakı: Optimist MMC, 2024.- 212 s.