Monoqrafiyada Azərbaycan ictimai elmində və ədəbiyyatında ilk dəfə sistemləşdirilmiş şəkildə Mərkəzi Asiya regionunda təhlükəsizlik problemləri tədqiq edilmişdir. Bu, müasir Mərkəzi Asiya regionunun böyük geosiyasi və geostrateji əhəmiyyəti ilə bağlıdır. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya regionu və regionda olan müstəqil dövlətlər arasında münasibətlərin qurulması və inkişafı, belə inkişafın strategiyası və taktikası, bu prosesdə baş verən qanunauyğunluqların elmi cəhətdən müəyyən edilməsi və bunun nəticəsində müəyyən təkliflərin və tövsiyələrin irəli sürülməsi Azərbaycan ictimai elminin qarşısında duran mühüm vəzifələrdən biridir.
Библиографическое описание
Qarayev, Rauf Məmməd oğlu. Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri: monoqrafiya / R. M. Qarayev; elmi red. G. B. Baxşəliyeva; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu.- Bakı: Elm, 2021.- 244 s.