Kitabda ümumi təhsil müəssisələrində yeni kurikulumların tətbiqi nəzərə alınmaqla ibtidai sinif müəllimi hazırlığı məsələləri; orta ixtisas məktəblərində ibtidai sinif müəllimi hazırlığı; müəllim hazırlığı üzrə işin məzmunu və təşkilati xüsusiyyətləri, bu hazırlığın vəziyyətinin təhlili və qiymətləndirilməsi; tələbələrdə pedaqoji mədəniyyətin formalaşdırılması; xarici dil müəllimlərinin müasir tələblər əsasında hazırlanması kimi mühüm problemlər diqqət mərkəzinə gətirilir. Bütün bu danışılan məsələlərlə yanaşı, kitabda ilkin pedaqoji kadr hazırlığında müəllim-tələbə münasibətlərinin səmərəli qurulması yolları; tələbələrin kiçik yaşlı məktəblilərlə dərsdənkənar işə nəzəri və praktik cəhətdən hazırlanması məsələləri üzərində dayanılır.
Библиографическое описание
Müəllim hazırlığına yeni yanaşmalar / A. N. Abbasov [et al.]; tərt. A. N. Abbasov; elmi red. A. O. Mehrabov; Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu.- Bakı: Mütərcim, 2012.- 324 s.