Kitabda Azərbaycan tarixinin XVI-XIX yüzilliklər dövrünə yeni baxış öz əksini tapıb. I və II Rus- İran müharibələrində təcavüzkar çar Rusiyası iıə bərabər İranın da işğalçı kimi qələmə verilməsinin düzgün olmadığı, tarixi prosesin saxtalaşdırılması faktlarla əsaslandırılıb. Kitabın yazılmasında müxtəlif elmi mənbələrdən, həmçinin müəllıfın dövrü mətbuatda nəşr olunmuş məqalələrindən istifadə olunub.