Kitabda Azərbaycan aşıq ədəbiyyatına ucalıq gətirmiş Aşıq Ələsgərin yaradıcılığına sufizm mövzusu tədqiq olunmuşdur. Kitab Aşıq Ələsgər yaradıcılığının tədqiqində yeni mərhələdir. Tədqiqatın predmeti olan anlayışlar - sufizmin dörd mərhələsi - şəriət, təriqət, mərifət, həqiqət, irfan məqamları, "vəhdəti-vücud" anlayışı, kamil insan düşüncəsi; simvollar, işarələr və eyhamlar, Hz. Əli aşiqliyi, folklor, din və mifologgiya kimi əsas fəsillər və paraqraflar altında bəhs edilən məcazi ifadələr izah edilmişdir.
Nəzərova, Adilə Həsən qızı. Aşıq Ələsgər yaradıcılığında sufizm / A. H. Nəzərova; ön sözün müəl., elmi red. N. Cəfərov; red. Ş. Ağayar; AMEA Folklor İnstitutu.- Bakı: Elm və təhsil, 2023.- 248 s.