Bu kitaba XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı, hekayə, povest və romanları, səhnəmizə yeni nəfəs verən bənzərsiz dram əsərləri, məqalə, və ədəbi düşüncələri ilə milyonlarla oxucunun və tamaşaçının məhəbbətini qazanan İlyas Əfəndiyevə həsr edilmiş şeirlər toplanmışdır. Bu şeirlər İlyas Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiramın və məhəbbətin ifadəsidir. Eyni zamanda yazıçının parlaq poetik obrazını tamamlamaq məqsədilə topluya böyük sənətkarın ömrünün müxtəlif illərinə aid fotolar, rəssamların bu mövzuda çəkdiyi əsərlərin illüstrasiyaları, teatr eskizləri, digər bədii rəsm və foto nümunələri daxil edilmişdir.
Библиографическое описание
İlyas Əfəndiyev - şeirə sığmayan ömür: Azərbaycan şairlərinin İlyas Əfəndiyevə həsr etdiyi şeirlər / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi; tərt.-red. G. Əfəndiyeva, ön sözün müəl. Elçin.- Bakı: Təhsil, 2010.- 204 s.