Информация о книге

Müasir dövrdə ümumavropa təhlükəsizliyi və Azərbaycan

Müasir dövrdə ümumavropa təhlükəsizliyi və Azərbaycan

Заглавие:
Müasir dövrdə ümumavropa təhlükəsizliyi və Azərbaycan
Автор:
Haqverdiyev Musa
Год издания:
2011
Аннотация:
Müasir dünya nizamı XX yüzilliyin 90-cı illərində baş vermiş qlobal xarakterli geosiyasi dəyişikliklərin təsiri altında formalaşmışdır. Avropa evinin Şərq sütunlarının çökməsi (QİYŞ-ın və Varşava Müqaviləsi Təşkilatının buraxılması) nəticəsində yaranmış boşluğun doldurulması Avropa strukturlarından, ilk növbədə Avropa İttifaqı, NATO və ATƏT-dən sürətli yeni strateji kurs götürməyi tələb edirdi. Məhz bu zəmində Aİ-nin və NATO-nun start verdiyi genişlənmə siyasəti ilk növbədə təhlükəsizlik məkanının genişlənməsi idi ki, bu prosesə Cənubi Qafqaz respublikalarından dərhal qatılan Azərbaycan və Gürcüstan respublikaları oldu. Monoqrafiyada müasir Avropanın geosiyasi mozaikası, ümumavropa təhlükəsizlik sisteminin formalaşması, dövlət müstəqilliyi əldə etdikdən sonra ümumavropa təhlükəsizlik sisteminə inteqrasiya yolu götürmüş Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti, ümummilli lider H. Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsi sahəsində apardığı mübarizə araşdırılır.

Библиографическое описание

Haqverdiyev, Musa Bədirxan oğlu. Müasir dövrdə ümumavropa təhlükəsizliyi və Azərbaycan: monoqrafiya / M. B. Haqverdiyev; elmi red. A. N. Abbasbəyli; Bakı Dövlət Universiteti.- Bakı: Elm və təhsil, 2011.- 232 s.