Kitabda beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü Azərbaycan maliyyə-bank industriyasının müasir vəziyyəti və perspektivləri haqqında elmi cəhətdən əsaslandırılmış məlumatlar yer alır. Kitabın metodoloji və nəzəri əsası iqtisadi nəzəriyyənin, maliyyə və kredit nəzəriyyəsinin müddəaları, maliyyə hüququ, Azərbaycan Respublikasının maliyyə-bank institutlarının fəaliyyətini tənzimləyən Qanunlar və Azərbaycan Respublikası Mərkəzi Bankın bankların fəaliyyətinə dair hazırladığı Normativ xarakterli sənəd və təlimatlar təşkil edir.
Məmmədov, Zahid Fərrux oğlu. Bank fəaliyyətinin əsasları: elmi-nəzəri və praktiki məlumat kitabı / Z. F. Məmmədov; Azərbaycan Dövlət İqtisad Universiteti.- Bakı: Azərnəşr, 2013.- 480 s.