Ensiklopediyada ozan-aşıq yaradıcılığı ilə bağlı faktoloji bilgilər, sənətin mənşəyi, təşəkkülü, inkişaf tarixi, günümüzə qədərki mənzərəsi, ustad sənətkarların, el şairlərinin yığcam bioqrafiyası, sənət ənənəsi, dastançılıq və ifaçılıq xətləri, sinkretiklik, improvizasiya məsələləri, qopuz, saz, balaban, davul, nağara və s. barədə elmi tarixi məlumatlar yer alır. Saz havalarının əsas səciyyəsi, melodik quruluşu və not yazıları əsasındakı təhlillərə xüsusi diqqət yetirilir. Türk şamançılığı, orta çağ təsəvvüf mədəniyyəti, ozan-aşıq keçidi və onun tarixi dinamikası ilə ilgili təhlillər də uyğun ölçüdə öz əksini tapır.
Библиографическое описание
Ozan-aşıq ensiklopediyası: 2 cilddə / Azərbaycan Aşıqlar Birliyi; red. heyəti: Məhərrəm Qasımlı [et al.]. I cild.- Bakı: Gənclik, 2019.- 500 s.