Информация о книге

Girdiman: tarixi və tarixi coğrafiyası

Girdiman: tarixi və tarixi coğrafiyası

Girdiman: tarixi və tarixi coğrafiyası
Заглавие:
Girdiman: tarixi və tarixi coğrafiyası
Автор:
Cəbiyev Qafar
Год издания:
2015
Аннотация:
Monoqrafiyada erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında xüsusi yeri olan Girdiman vilayətinin tarixi və tarixi coğrafiyasından bəhs olunur. Çoxsaylı yazılı mənbə məlumatları, zəngin arxeoloji material, təkzibolunmaz təbii-coğrafi və etnik reallıqlar əsasında Girdiman vəlayətinin tarixi və tarixi coğrafiyası dərindən və hərtərəfli surətdə araşdırılıb. "Girdiman" deyəndə ilk növbədə Kür çayının sol qolu olan Girdiman çayı yada düşür. Antik və orta əsrlər dövründə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında olduqca önəmli yeri olmuş Girdiman vilayəti, onun hərbi-inzibati mərkəzi olan Girdiman şəhəri, Girdiman hökmdarı Cəsur Vardanın üç il ərzində tikdirdiyi möhtəşəm Girdiman qalası və həmin qalada alban hökmdarı Cavanşir tərəfindən tikdirilən Girdiman məbədi isə çoxları üçün tariximizin çoxdan unudulmuş səhifələri olaraq qalmaqdadır. Maraqlı dairələr tərəfindən Girdiman problemi zaman-zaman bilərəkdən və məqsədli şəkildə təhrif olunaraq təqdim olunduğundan yeni dönəmdə bu tarixi anlamaq, öyrənmək və qavramaq daha da çətin olmuşdur. Əminik ki, bu əsərlə tanışlıqdan sonra Azərbaycan ictimaiyyətinin "Girdiman" dəyəndə eyni adlı çayla yanaşı, həm də tariximizin indiyədək yetərincə öyrənilməmiş olan bir sıra vacib və maraqlı məqamlarını da xatırlamaq imkanları olacaqdır.

Библиографическое описание

Cəbiyev, Qafar Cəfər oğlu. Girdiman: tarixi və tarixi coğrafiyası: monoqrafiya / Q. C. Cəbiyev; red. Y. M. Mahmudov; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Elm və təhsil, 2015.- 450 s.