Dərs vəsaitində Qərbi Azərbaycan şivələrinin leksikoqrafik tədqiqi tarixinə nəzər salınır, qədim türk leksik qatında işlənən leksik vahidlərin, eləcə də Orxon Yenisey yazılı abidələrində qohumluq əlaqələrini bildirən sözlərin Qərbi Azərbaycan şivələrində izləri, Qərbi Azərbaycan şivələrinin somatik leksikası və say komponentli frazeoloji vahidləri araşdırılır, Qərbi Azərbaycan şivələrində sifətlər və sifət komponentli sözlər izah olunur, Qərbi Azərbaycanın coğrafi adları, toponimləri linqvistik cəhətdən təhlil edilir, toponimlərin "Kitabi Dədə Qorqud" mətnlərindəkiizləri ilə müqayisələr aparılır.
Библиографическое описание
Qərbi Azərbaycan şivələrinin leksikasının tədqiqi: dərs vəsaiti / G. F. Əliyeva, N. S. Novruzova, T. A. Quliyev [et al.]; layihənin rəh. A. Nağıyev; elmi red. M. Hüseynova; Bakı Slavyan Universiteti.- Bakı: n. y., 2025.- 191 s.