Kitabda ilk milli qəzetimiz "Əkinçi"nin yaradıcısı Həsən bəy Zərdabinin bioqrafiyasını, onun mətbuat tariximizdəki xidmətlərini, milli oyanış və geniş maarifçilik fəaliyyətini əks etdirən tarixi materiallar və tədqiqatlar daxil edilmişdir. Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Abayevanın, qızı Qəribsoltan Məlikovanın və kürəkəni Əlimərdan bəy Topçubaşovun Həsən bəy barədə xatirələri ilk dəfə ana dilində bir yerdə bu topluda işıq üzü görür. Kitab milli mətbuatımızın banisinin zəngin, nəsillərə örnək olan həyat yoluna çıraq tutan orijinal bir salnamədir.
Библиографическое описание
Həsən bəy Zərdabi və "Əkinçi": bioqrafik məqalələr, məktublar, xatirələr, tədqiqatlar / Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Söz Azadlığını Müdafiə Fondu; red. heyəti: M. Yaqub [et al.].- Bakı, 2010.- 225 s.