Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Alqış sədaları altında ölüm" adlı romanında hadisələr Rusiyadakı teatrların birində cərəyan edir. Şekspirin "Hamlet" faciəsinin bu dəfə real həyatda, özü də birbaşa səhnədə yaşanacağı heç kəsin ağlına gəlməzdi - nə teatr rəhbərliyinin, nə aktyorların, nə də ki, tamaşaçıların... Amma bu faciə yaşanır. Nə qədər inanılmaz olsa da, "Hamlet"də oynayan bir aktyor digərini elə səhnədəcə qətlə yetirir. Tamaşaçılar isə xalq artistinin kralın ölüm səhnəsini həddən artıq teatral və qeyri-adi istedadla oynadığını zənn edib onu alqışlayırlar. Bəs səhnədə əslində nə baş verir? Teatra məxsus rekvizit qılıncı əsl qılıncla kim dəyişmişdi? Hamletin əlindəki qılıncı ona kim vermişdi? Dronqo qatili axtarmağa başlayır, amma bu zaman növbəti cinayətlər baş verir...
Библиографическое описание
Abdullayev, Çingiz Akif oğlu. Alqış sədaları altında ölüm / Ç. A. Abdullayev; rus dilində tərc. K. Kərimli.- Bakı: TEAS Press, 2017.- 240 s.