Prezident Kitabxanasında Qarabağ həqiqətləri əks olunur

Prezident Kitabxanası müharibə başlayandan, yəni sentyabrın 27-dən informasiya dəstəyi kimi yeni bir layihəyə start verib. Beləki, Prezident Kitabxanasının saytında yeni "Qarabağ Azərbaycandır!" adı altında yeni səhifə yaradılıb.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun qeyd etdiyi, həmin erməni kilsəsi və kitabxanasına toxunacayıq. Amma bu mövzunu müzakirə etmədən öncə mən yeni layihə haqqında biraz da məlumat vermək niyyətindəyəm. Belə ki,Qarabağ Azərbaycandır adı altında fəaliyyət göstərən bu səhifə 3 dildə yayımlanır.Sayta yerləşdirilən bütün informasiyalar isə rəsmi mənbələrdən götürülür.

İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilib. Ələ keçirdikləri ərazilərdə 12 muzey,6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb.Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. İşğal olunmuş ərazilərdə qalan 144 ibadət yeri,məbəd,o cümlədən 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

Ermənistan tərəfi təcavüzkar əməllər nümayiş etdirsə də lakin, Azərbaycan tərəfi onlara qarşı tam əks tədbirlər həyata keçirib. Əvvəldə qeyd etdiyimiz, erməni kilsəsi məsələsinə yenidən qayıdıram. Belə ki,hazırda prezident kitabxanasında 5 mindən artıq erməni ədəbiyyatı var.

1988-89-cu illərdə Ermənistanın 22 rayonundan 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb,214 kitabxana,268 mədəniyyət müəssisəsi,235 səhiyyə ocağı,112 uşaq bağçası,152 məişət evi ermənilərin əlinə keçdi.Azərbaycanlılara məxsus 223 qəbirstanlıq,49 məscid,68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bütün terror hadisələri detallı şəkildə prezident kitabxanasının saytında öz əksini tapıb.


https://www.realtv.az/news/az/61736/real-tarixin-virtual-kitabesi-video