“Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir,
ortaq mədəniyyətimizdir, etnik köklərdir.”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bu gün milli irsin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar təkrar-təkrar zəngin türk mədəniyyətinin varisliyini ortaya qoyur, xüsusilə də orta əsrlərdə Azərbaycanın kitab və kitabxana tarixinin açılan hər bir səhifəsi etnik coğrafiyanın ümumi mənzərəsində türk xalqlarının əhəmiyyətli rolunu üzə çıxarır. Bütün bunları dəyərli kitab abidələrinin, qədim və ortaq türk yazılı ədəbi nümunələrinin köməyi ilə əldə etmək mümkün olmuşdur. Kitabxanalarda belə nadir nüsxələrin qorunub saxlanması, kitabxana-informasiya fəaliyyətinin səmərəliliyinin artırılması və onları bu sahənin tədqiqatçılarına daha münasib bir formada, daha çevik çatdırılması müasir elektron kitabxanaların ən mühüm vəzifələrindən biri hesab olunur. [4,5]

Qlobal şərçivədə cərəyan edən siyasi-iqtisadi proseslər, müasir tarixi vəziyyət və milli-mədəni inkişaf tendensiyaları türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə zərurət yaradır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək bütün türkdilli dövlətlərlə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. 2012-ci il avqustun 23-də Bişkek şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası hökumətləri tərəfindən imzalanmış Nizamnaməyə əsasən ofis qərərgahı Bakı şəhəri olmaqla yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 may 2015-ci ildə Sərəncam imzalamışdır və 11 sentyabr 2015-ci il V Astana Sammitindən sonra fəaliyyətə başlamışdır. [1,2]

Türkdilli ölkələrin dövlət başçılarının bütün zirvə görüşlərində türk xalqlarının və türk dövlətlərinin bir-birinə inteqrasiyası, əcdadlarımızdan miras aldığımız müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından fikirlər yekdilliklə vurğulanmışdır.

Tarixi köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür ki, bunlardan ən mühüm olanı ortaq yazılı kitab abidələridir. Prezident Kitabxanasının əməkdaşları tərəfindən ərsəyə gəlmiş yeni layihə - “Türk xalqlarının kitab abidələri” Elektron kitabxanası demək olar ki, bu zərurətdən yaranmışdır. Məqsəd, ümumtürk yazılı abidələri çərçivəsində ortaq türk ədəbi dəyərlərini toplu halında xüsusi elektron layihə şəklində türk xalqlarına və bütün virtual istifadəçilərə təqdim etməkdir.

Türk xalqlarının mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Prezident Kitabxanasının fondunda olan nüsxələrinin elektron versiyaları hazırlanaraq, bir qisminin isə elektron versiyaları virtual məkandan toplanaraq xüsusi domendə (www.turklib.az) yerləşdirilmişdir.

Bir neçə ilin məhsulu olan bu Elektron kitabxanada türksoylu xalqlar haqqında maraqlı məlumatlar, Türk etnoslarının tarixi keçmişi, yaşadıqları coğrafi ərazi, adət-ənənələri, dini inancları, mənəvi-əxlaqi və estetik dünyagörüşləri, həyat tərzi, günümüzdəki vəziyyətləri haqda dəyərli bilgilər yer alan kitablar toplanmışdır.

Ciddi tədqiqat əsərlərində göstərildiyi kimi, qədim türk yazılı abidələri eramızın V yüzilliyində yaranmışdır. Bu yazıların günümüzə qədər gəlib çatan ən əski örnəkləri VII-VIII yüzilliklərə aiddir.Yazılı abidələr xalqın keçmişini, adət-ənənələrini, tarixini əks etdirir, xalqı öz tarixi ilə dərindən tanış edir, keçmişimizi bu günümüzə calayır, tariximiz, dilimiz haqqında düzgün təsəvvür yaratmağımıza kömək edir. [3]

Türk xalqlarının tarix və ədəbiyyatını əks etdirən mənbələr yaddaşla ağızdan-ağıza keçən xalq yaradıcılığı ilə bağlıdır. Bu mənbələr türklərin əsrlərdən bəri yaratdığı hər şeyi qoruyub saxlamışdır. Hun türklərinin «Oğuz xaqan», göytürklərin “Boz qurd”, uyğur türklərinin “Köç” dastanları islama qədər yayılmışdır. İslamdan sonra Qaraxanlı türkləri “Satuq Buğra xan”, Azərbaycan türkləri “Kitabi Dədə Qorqud”, qırğızlar “Manas” dastanlarını yaratmışlar.

Elektron kitabxananın əsas və birinci bölməsi “Ümumtürk yazılı abidələri” kimi verilmişdir. Qədim dünyamızın ulu kitabəsi “Bilqamıs” dastanı, “Orxon-Yenisey kitabələri”, “Divani-lüğət-it-türk”, “Kitabi-Dədə Qorqud” kimi ümumtürk dünyasının şah əsərləri bu bölmədə verilmişdir.

Türk xalqlarının folklorundakı ortaqlıq özünü bütün janrlarda, o cümlədən dastanlarda, əski ata sözlərində, lətifələrdə, tapmacalarda (bilməcələrdə) qabarıq şəkildə göstərməkdədir. Ona görə də bu janrlardan ortaqlığı daha qabarıq şəkildə özünü göstərən, ayrı-ayrı Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılmasına dair kitablar seçilib bu bölmədə yerləşdirilmişdir. 

Ortaq türk dövrünün ilkin və möhtəşəm yazılı abidələrindən olan “Kül-Tegin: Orhun-Yenisey Yazıtları VI-VIII. Yy”, “Bilqamıs” dastanı, Yusif Balasaqunlunun “Qutadqu bilik”, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”, Əhməd Yasəvinin “Divani-Hikmət”, Kitabi-Dədə Qorqud və Fəzlullah Rəşadəddinin “Oğuznamə” əsərlərinin elektron variantları bir neçə dildə birinci bölmədə toplanmışdır.

Belə dəyərli çap nəşrləri haqqında daha ətraflı məlumat vermək yerinə düşərdi.

Qədim Şumer-akkad ədəbiyyatının ən yaxşı nümunələrindən biri sayılan və təxminən eramızdan əvvəl VI-II minilliklərdə formalaşmışdır. “Bilqamıs” dastanı (dünyanın hər üzünü görmüş, hər şeyi bilən insan haqqında dastan) ilk olaraq gil lövhələr üzərinə köçürülərək bu günümüzə qədər gəlib çatmış dünya ədəbiyyatının ən nadir incilərindən hesab olunur. Dastanın Azərbaycan və rus dillərində olan nəşrləri bu bölmədə öz qədimiliyinə görə əvvəldə verilmişdir.

Билгамыс дастаны / тәрҹ. И.Ө.Вәлијев; ред. Һ.Садыгова.- Бакы: Азәрбајҹан Енсиклопедијасы НПБ, 1999.- 92 с.
Эпос о Гильгамеше ("О все видавшем") / АН СССР; пер. с аккад. И.М. Дьяконова; отв. ред. В.В.Струбе.- М.; Л.: Изд-во АН АССР, 1961.- 215 с.
Qədim Türklərin həyatından və qəhrəmanlıqlarından bəhs edən VI-VIII əsrlərə aid Orxan-Yenisey yazıları latın əlifbasında yazıya köçürülərək Türkiyə türkcəsində və Tuva türkcəsində “Kül-Tegin: Orhun – Yenisey yazıtları. VI-VIII yy.” kitab şəklində Ankarada TÜRKSOY tərəfindən nəşr edilmişdir. Əsərin tədqiqatçılar üçün əvəzsiz rol oynayacagını demək mümkündür.

Kül-Tegin: Orhun-Yenisey Yazıtları VI-VIII. yy. / türkcəyə çevirən E.Uşşaklı.- Ankara: 2003, TÜRKSOY.- 250
Yusif Balasaqunlunun "Qutadqu-bilik" (1069) poeması türk əruzunun ilk nümunəsi yox, ilk məlum nümunəsidir. Çünki belə monumental poetik abidəni yalnız yüksək (istər fərdi, istərsə də etnik mənada) poetik təfəkkür yetirə bilərdi. "Divan"a qədər türk xalqları poeziyasında əruz vəzni ılə yazılmış heç bir poetik nümunə məlum deyil. Bizə məlum olan ilk nümunə ən tezi ”Divan"la eyni vaxtda qələmə alınmış "Qutadqu-bilik" poemasıdır.

Balasaqunlu, Yusif. Qutadqu bilik (Səadət gətirən elm): poema / Y. Balasaqunlu; tərc. X. U. Rza; elmi red. K. V. Nərimanoğlu ; red. Z. Şahsevənli.- Təkrar nəşr.- Bakı: Gənclik, 2003. - 404 s.
Баласагунлу J. Гутадгу билик (поема) / елми ред. вә өн сөз. мүәллифи К.В.Нәриманоғлу.- Бакы: Ҝәнҹлик, 1998.- 336 cəh.
Баласағүн Жүсıп. Күтты бiлiк / пiкiр жазғандар: М.Әлiмбаев, А.Сеiдiмбеков.-Алматы: Жазушы, 1986.- 616 бет.
Dövlətçilik ideyalarının, türkçülük ideologiyasının və qədim türk mədəniyyətinin şah əsəri olan Mahmud Kaşqarlının “Divani lüğət-it-türk” (1072-1074) kitabı tədqiqatçıların qeyd etdiyi kimi bütün digər ehtiyatları ilə yanaşı, həm də zəngin folklor antologiyasıdır.

Dahi türk dilçisi və ensiklopedisti Mahmud Kaşğarinin «Divani lüğat-it-türk» əsəri dünya dilçilik elminin ən qədim və ən möhtəşəm nümunələrindən biridir. Türk dünyasının və türkologiya elminin ən parlaq, ən əhəmiyyətli əsəri olan «Divani lüğat-it-türk» yalnız türk dili və ədəbiyyatının deyil, eləcə də türk tarixinin, türk mədəniyyətinin, türk mənəviyyatının və psixologiyasının tədqiqi üçün misilsiz mənbə, bitməz-tükənməz qaynaqdır. Bu şah əsər haqlı olaraq min il bundan əvvəlki türk dünyasının ensiklopediyası, türklüyün aynası, Mahmud Kaşğari isə türkçülüyün banisi sayılır. Kitabın Azərbaycan dilinə çevrilmiş dörd cildliyi bu bölmədə verilmişdir:

Kaşğari, Mahmud. "Divanülüğat-it-türk": IV cilddə / M.Kaşğari; tərc. R.Əskər; elmi red. T.İ.Hacıyev; AMEA Folklor İnstitutu.
I cild.- Bakı: Ozan, 2006.- 512 s.; 24,5 sm. - Azərbaycan və fars dillərində.

Kaşğari, Mahmud."Divanülüğat-it-türk": IV cilddə / M. Kaşğari; tərc. Əskər; elmi red. T.İ.Hacıyev; AMEA Folklor İnstitutu.
II cild.- Bakı: Ozan, 2006.- 400 s.; 24, sm.- Azərbaycan və fars dillərində.

Kaşğari, Mahmud."Divanülüğat-it-türk": IV cilddə / M. Kaşğari; tərc. R.Əskər; elmi red. T.İ.Hacıyev; AMEA Folklor İnstitutu.
III cild.- Bakı: Ozan, 2006.- 400 s.; 24,5 sm.- Azərbaycan və fars dillərində.

Kaşğari, Mahmud."Divanülüğat-it-türk": IV cilddə / M. Kaşğari; tərc. R.Əskər; elmi red. T.İ.Hacıyev; AMEA Folklor İnstitutu.
IV cild.- Bakı: Ozan, 2006.- 752 s.; 24,5 sm.- Azərbaycan və fars dillərində.

Махмуд ал-Кашгари. Диван Луга тат-Турк / перевод, пред. и ком. М.Ауэзов.- Алматы: Дайк-Пресс, 2005.-1288 с.
Türklərin İslamı qəbul etdikləri ilk əsrlərdə zəngin türk təfəkkürü ilə İslam dünyagörüşünün təmasından yaranan və orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər türk ədəbiyyatının əsas yaradıcılıq mənbəyi olan təsəvvüf (sufilik) özünün ilk mükkəmməl təzahürünü Türkistan müdriki Əhməd Yəsəvidə (1093-1166) tapdı.

Əhməd Yəsəvinin “Divani-hikmət”indəki sufi şeirləri sonrakı dövrlərdə türk-müsəlman ədəbiyyatının ilk üç incisindən biri kimi təqdim olunmağa başlamışdır.

Yəsəvi, Əhməd. Divani-Hikmət / Ə.Yəsəvi; tərt. N.Q.Cəfərov; elmi red. Ə.Quliyev.- Bakı: Çaşıoğlu, 2004.- 128 s.
Sultan Hoca Ahmet Yesevi. Divan-i Hikmet / A.Yesevi.- İstanbul: Türkiye Diyanet Vakfı yayınları, 2003.- 167 s.
 “Kitabi-Dədə Qorqud” (XI-XII əsrlər) dünya epos mədəniyyətinin nadir incilərindəndir. Azərbaycan epos təfəkkürünün şah əsəri olan “Kitabi-Dədə Qorqud” möhtəşəm tarixi-fəlsəfi siqlətə, zəngin poetikaya, böyük dil mədəniyyətinə malikdir. 1300 ildən artıqdır ki, “Kitabi-Dədə Qorqud” həm dünya, həm də türk-Azərbaycan mədəniyyətinə təsir göstərməkdədir.

“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının kimliyidir. Bu kimliyi dünyaya tanıtmaq isə, heç şübhəsiz ki, hər birimizin üzərinə düşən ən böyük vəzifələrdən biridir. Ümummili liderimiz Heydər Əliyevin bu sahədə fəaliyyəti bir nümunədir. Onun “Kitabi-Dədə Qorqud” dastanının 1300 ilik yubileyinin keçirilməsi haqqında gördüyü işlər bir daha bizim milli kimliyimizi bütün dünyaya sübut etmişdir.

Kitabi-Dədəm Qorqud: Əla lisani-taifeyi-oğuzan / tərt. S. Q. Əlizadə.- Bakı: Yeni Nəşrlər Evi, 1999.- 704 s.
Kitabi-Dədə Qorqud: əsil və sadələşdirilmiş mətnlər / tərt. S. Q. Əlizadə; red. T. İ. Hacıyev; bur. məsul Ə. Güləliyev.- Bakı: Öndər nəşriyyat, 2004.- 376 s.
Книга моего Деда Коркута: Огузский героический эпос / пер. В. В. Бартольда; сост.: В. Жирмунский, А. Кононов.- Репр. воспроизведение изд. 1962 года.- СПб.: Наука, 2007.- 299 с.
Qədim türk dünyasının yaradıcı dühasının ən böyük və mükəmməl əsəri olan "Oğuznumə" XIV əsr müsəlman tarixçisi Fəzlullah Rəşidəddin Həmadaninin "Cəmi əttəvarix" adlı məşhur əsərinin bir hissəsi olub, elm aləmində müsəlman "Oğuznumə"si (1436) adı ilə məşhurdur. Azərbaycanla da bağlı çoxlu bilgilərin olduğu bu kitab indikı zamanda gənclərimizin milli özünüdərk və soykökə qayıdış rühunda tərbiyə edilməsı üçün əvəzsiz mənbədir. Kitab tarixçilər ədəbiyyatşünaslar, folklorşünaslar və ümumiyyətlə, bütün türklərin ulu babası Oğuz Kağan və Azərbaycan türklərinin də soykökündə dayanan oğuz boylarının tarixi ilə maraqlunan oxucular üçün tutarlı mənbədir. Bu əsərin Azərbaycan dilində həm kiril, həm də latın əlifbası ilə və rus dilində nəşrləri saytda yerləşdirilmişdir.

Rəşidəddin, Fəzlullah. Oğuznamə / F. Rəşidəddin.- Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003.- 108 s.
Рәшидәддин, Фәзлуллаһ. Оғузнамә / Ф. Рәшидәддин; тәрҹ. Р. М. Шүкүрова.- Бакы: Азәрнәшр, 1992.- 72 с.
Рашид ад-Дин, Фазлаллах. Огуз-наме / Ф. Рашид ад - Дин; ред. З. М. Буниятов; пер. с пер. Р. М. Шукюровой.- Баку: Элм, 1987.- 128 с.
Sevindirici haldır ki, türkdilli ölkələrin birgə sahib çıxdığı və artıq unudulması mümkün olmayan xeyli ədəbi nümunələrimiz var. “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu”və başqa dastanlar da türk xalqlarının yaratdığı və yaşatdığı böyük mənəvi abidələrdir. Bu əsərlər bizim milli mənəvi dəyərlərimizi əks etdirir, eyni zamanda, bizi birliyə, əbədi dostluğa və həmrəyliyə səsləyir.

Türk xalqlarının epik abidələri, əsasən, yazıya alındıqdan sonra dünyanın digər xalqlarının ixtiyarına verilmişdir. Belə epik əsərlərin əsaslı nəşri zama-zaman ayrı-ayrı türk xalqlarının qarşısında bir ehtiyac kimi qoyulmuşdur. Zəngin və qədim ədəbi abidələri ilə dünya xalqları arasında xüsusi yer tutan türk epik dastanları – “Manas”, “Alpamış”, “Koblandı Batır”, “Qırx qız”, “Ural Batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Qesr”, “Edigey”, “Nart”, “Koroğlu”, və s. folklorşünasların yekdil fikrinə görə, bəşər övladının əvəzsiz örnəklərindəndir. Layihənin ikinci bölməsində bu dəyərli nəşrlər haqqında geniş məlumat əldə etmək olar.

Onu da xüsusi olaraq vurğulamaq lazımıdır ki, bu bölməyə daxil edilmiş bir çox nəşrlər Prezident Kitabxanasının Nadir ədəbiyyat fondundan mövzuya aid seçilmiş kitablardır. Bu kitabların bir qisminin biblioqrafik təsviri aşağıda verilmişdir.

Когутэй: алтайский эпос / пер. Г.Токмашов; ред. В.Зазубрин.- М.; Л.: ACADEMIA, 1935.- 202 с.
Сказки илегендытатарКрыма / Алупкинский Государственный Дворец-Музей; предисл. С. Д. Коцюбинского.- Севастополь: Госиздат Крым. АССР, - 373 с.
Якутскийфольклор/ пер. А.А.Попов; ред. Е.М.Тагер; общ. ед. М. А. Сергеева; предисл. А. Н. Самойловича.- Л.: Советский писатель, 1936.- 320 с.
Чувашские сказки / Чувашский Научно - Исследовательский Институт культуры.-Москва: Гослитиздат, - 298 c.
Кёр-оглы: азербайджанский народный эпос / cоставил Г.Али-заде; перевод с азерб-го А. Шарафа; под ред. К. Шарифова.- Баку: Азернешр, 1940.- 165 c.
Манас:киргизский народныйэпос: главы из "Великогопохода" / пер. С.Липкин, М.Тарловский; ред. Е.Мазолькова, У.Джакишева.- М.: Художественная литература, 1941.- 159 с.
Манас:Великийпоход:киргизскийэпос / пер.: С.Липкин, Л.Пеньковский, М.Тарловский; под ред. У.Джакишевой [и др.]; худож. Г.Петров.- М.: Художественная литература, - 371 с.
Сорок девушек: каракалпакская народная поэма / записана со слов сказителя К. Тажибаева.- Москва: Государственное Издательство Художественной Литературы, - 407 с.
Bu kimi kitabların skan olunaraq Elektron kitabxanaya daxil edilməsi Prezident Kitabxanasının oxucularının (istifadəçilərinin) xeyli marağına səbəb olmuşdur. Həm də bu nadir kitablar Elektron kitabxananın oxucuları (istifadəçiləri) tərəfindən ən çox oxunan və köçürülən kitabların siyahısına daxil olmuşdur.

Layihənin üçüncü bölməsində ümumtürk yazılı abidələrinin və ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərləri və monoqrafiyaları verilmişdir. Məşhur şərqşünas alimlərdən V.V.Radlovun, S.Y.Malovun, S.N.Kramerin, Карл Райхлın, B.A.Jetpisbayevanın, eləcə də Bahəddin Ögəlın, Faruk Sümərin, H.B.Paksoyun, M.İ.Çığın, Kamal Abdullanın, Nizami Cəfərovun, Əbülfəz Rəcəblinin, Nizami Tağısoyun, yazıçı Anarın, Elçinin, və başqalarının tədqiqat əsərləri bu bölmədə toplanmışdır.

Hesab edirik ki, Elektron kitabxanada türk elm adamlarının əsərləri ilə bərabər bir çox tanınmış qərb və rus türkoloqları və şərqşünaslarına da müraciət olunması Elektron kitabxananın elmi əhəmiyyətini daha da artırmışdır. Onu da qeyd etmək lazımdır ki, bu bölmədə daha çox elmi-tədqiqat əsərləri toplanmışdır.

Türk düşüncə tarixinin öyrənilməsinin əhəmiyyətli olması ideyasını ardıcıl olaraq müdafiə edən ədəbiyyatşünasların əsərlərinin də, ümumiyyətlə, Türk xalqı və etnoslarının mürəkkəb və çox vaxt qaranlıq keçmişinin və tarixinin işıqlandırılması yolunda faydalı ola biləcəyi fikrindəyik.

Dördüncü bölmədə ayrı-ayrı dövri nəşrlərdə dərc olunmuş elmi məqalələrin mətni verilmişdir. Elmi nəşrlərdən “Türkologiya”, “Dədə Qorqud”, “BSU-nun Elmi əsərləri”, “Sivilizasiya”, “Kitabxanaşünaslıq və informasiya”, “Türk Dünyası İncelemeleri Dergisi”, “Milli Folklor”, “İRS Наследие”, “Советская тюркология” və ədəbi-bədii nəşrlərdən “Azərbaycan”, “Qobustan”, “Ozan dünyası”, “Ulduz” jurnallarıdan və bir çox qəzetlərdən 200-ə yaxın seçmə məqalələrin tam mətni verilmişdir.

Resursun tədqiqatçılar üçün xüsusi önəm daşıyan bölmələrindən biri də türkdilli xalqların kitab abidələri və folklor nümunələrinə aid müxtəlif dillərdə yazılmış kitabların və dissertasiyaların biblioqrafiyasının tərtib edilməsidir. Elektron resurs vasitəsilə internet istifadəçilərinə həmçinin, bu mövzuya dair nəşrlərin ünvanları da təqdim olunur. 19 turk xalqının ədəbi nümunələrinin biblioqrafiyası geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.

Bu layihənin maraq döğuracaq bölmələrindən biri də “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” (TDƏŞ) haqqqında tam və dölğun məlumatın verilməsidir. Burada həm bu ideyanın irəli sürüldüyü Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşləri - 2009-cu ilin oktyabr ayının 3-də Naxçıvanda keçirilmiş IX Zirvə Toplantısının və 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş X Zirvə Toplantısının eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə görüşü haqqında geniş məlumat və rəsmi materiallar toplanmışdır.

Elektron kitabxananın məlumat bölməsində elmi mənbələrə əsaslanan yüz Türk etnosunun siyahısı təqdim edilir, onların hər biri haqda tarixi-etnoqrafik və sosial-mədəni məlumatlar verilir. Eyni zamanda çağdaş türk yazı dilinin xəritəsi və Türk etnosları ilə əlaqədar lazımi məlumatları oxucularla (istifadəçilərlə) paylaşmağa çalışılır.

Faydalı linklər böməsində isə TÜRKSOY-un və ayrı-ayrı türk xalqları tərəfindən yaradılmış İnternet saytlardan fadalanmaq olar.

Beynəlxalq əhəmiyyətini nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları bu resurs üzərində daim çalışmaqdadırlar. Bundan sonra Elektron kitabxananın ana menüsünün türk, rus və ingilis dillərinə çevrilməsini də bir çox cəhətdən aktual hesab etmək olar. Bu Elektron kitabxanda yerləşdirilmiş kitabların əski tariximizin, genetik köklərimizin araşdırılması, öyrənilməsi yolunda faydalı bir qaynaq rolu oynamasını söyləməklə birlikdə, dünyada yaşayan bütün Türk xalqlarının və daha çox Rusiya Federasiyası tərkibində yaşamaqda olan Türk soylu xalqlara, etnoslara, yeni siyasi baxışın, münasibətin qərarlaşması baxımından da faydalı ola biləcəyinə inanırıq.

Bu resurs türk xalqları arasında ilk dəfə Azərbaycanda hazırlanmış ciddi bir layihədir. Layihə türk xalqlarına məxsus olan müştərək yazılı abidələri bir sistem kimi elektron versiyada təqdim edir. Buraya xüsusilə qədim dövrdən başlayaraq bütün müştərək yazılı abidələr daxil edilib. Bu layihədə diqqəti cəlb edən, türkoloji düşüncənin inkişafında mühüm addım hesab olunan əsas amil ondan ibarətdir ki, burada ən görkəmli türkoloqların türk xalqlarına məxsus olan yazılı abidələri barəsində tədqiqatları yer alıb. Eyni zamanda konkret türk xalqlarına məxsus olan yazılı abidələr də bu elektron resursda öz əksini tapıb.

Türk xalqlarının da bayramı hesab edilən Novruz ərəfəsində Elektron kitabxanda aparılmış əlavə və dəyişikliklər yenidən təqdim olunmaqdadır. Türk xalqlarınınn ədəbi nümunələrinə dair kitabların biblioqrafiyası yenidən işlənmiş, müxtəlif dillərdə 50-ə yaxın dəyəli kitabların elektron variantları əlavə edilmiş və 30-a yaxın elmi məqalənin mətni resursa əlavə olunmuşdur. Ümumiyyətlə, statistikaya görə layihənin istifadəyə verildiyi gündən indiyədək (5 ay müddətində) 2722 istifadəçisi olmuşdur. Əsas istifadəçi kütləsi Azərbaycandan (36,33%), Türkiyədən (16,27%) və Rusiyadan (13,70%) olmuşdur.

Ayrı-ayrılıqda isə aşağıdakı kitablardan istifadə (köçürmək və ya oxumaq) daha çox olmuşdur:

Когутэй: алтайский эпос – 11 238 dəfə,
Heyət, Cavad Mirzəli oğlu. Türklərin tarix və mədəniyyətinə bir baxış: İslamdan əvvəl və islam dövrü: başlanğıcdan XVI əsrə qədər – 8853 dəfə,
Сказки и легенды татар Крыма – 4606 dəfə,
Xəlilov, Buludxan Əziz oğlu. Türkologiyaya giriş - 3784 dəfə,
Rəcəbli, Əbülfəz. Qədim türk yazılı abidələrinin dili - 2431 dəfə,
Сорок девушек: каракалпакская народная поэма – 2128 dəfə,
Türk təsəvvüf fəlsəfəsi – 1940 dəfə,
Алпамыш: узбекский народный эпос – 1908 dəfə,
Bilqamıs dastanı – 1490 dəfə,
Древнетюркский словарь – 1472 dəfə,
Кёр-оглы: азербайджанский народный эпос – 1302 dəfə,
Divani-Hikmət – 1204 dəfə istifadə (köçürmək və ya oxumaq) olunmuşdur. Elektron
Kitabxanada belə kitabların elektron variantının sayı 164-dür. [7,8]

Prezident Kitabxanasının yaratmış olduğu “Türk xalqlarının kitab abidələri” Elektron kitabxanası yeni təşəbbüs və təkilflərə açıqdır. Türk ədəbi irsini yaşatmaq istəyən, onu araşdıran, öyrənən insanlarla əməkdaşlıq, Elektron kitabxananın fəaliyyətini daha da səmərəli edəcəkdir. İnanırıq ki, neçə-neçə araşdırılmamış, tədqiq edilməmiş ədəbi irs nümunələrimizə aid yeni-yeni kitablar işıq üzü görəcək, neçə-neçə türkoloq, şərqşünas alimlər yetişəcək. Əminliklə demək olar ki, bundan isə yalnız türk dünyası deyil, əslində bütün virtual istifadəçilər faydalanacaqdır.

ƏDƏBİYYAT

Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilmişdir: Prezident İlham Əliyevin zirvə görüşünündə nitqi [3 oktyabr 2009-cu il] // Xalq qəzeti.-2009.- 4 oktyabr.- № 220.- S.1-2.
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı [8 may 2015-ci il] // Azərbaycan.- 2015.-8 may.- № 98.- S. 1.
Türk xalqları ədəbiyyatı: IV cildə / tərt. N. Q. Cəfərov.
I cild: Qədim dövr.- Bakı: Çaşıoğlu: Azərbaycanda Atatürk Mərkəzi, 2006. - 320 s.

Xələfov, Abuzər Alı oğlu. Azərbaycanda kitabxana işinin tarixi: 3 hissədə: dərslik / A. A. Xələfov.
I hissə: Ən qədim dövrlərdən XX əsrə qədər / red.: T. F. Quliyev, K. İ. Aslan.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004.- 328 s.

Kazımi, Pərviz Firudin oğlu. Türk xalqlarının kitab və kitabxana mədəniyyəti / P. F. Kazımi; elmi red. A. A. Xələfov.- Bakı: ABC, 2012.- 316 s.
Kazımi, P.F. Türk xalqlarının kitab və kitabxana mədəniyyətində lüğətçilik ənənələri // Kitabxanaşünaslıq və informasiya.-2010.-№2.-S.64-70.
İsmayilov, Z.İ. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının elektron resursları: yaradılması və istifadəsi problemləri //http://files.preslib.az/site/confiyun/zakiri.pdf
http://www.ebooks.az/
turklib.az

Z.İ.İsmayılov
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
zakir.i@preslib.az

 

 

Kitabxanaşünaslıq və informasiya. - 2016. - № 1. - S. 48-58.