14 aprel 2017-ci ildə Prezident İlham Əliyevin Sputnik-ə müsahibəsi barədə nəşr edilmiş albom-soraqça Əziz Əliyev tərəfindən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədova təqdim olunub.

2016-cı ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev məşhur Rusiya jurnalisti, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova eksklüziv müsahibə verib.

Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev albomu Prezident Kitabxanasının direktoru Mayıl Əhmədova təqdim edir Azərbaycan Prezidentinin Sputnik Azərbaycan-ın suallarını cavablandırdığı bu müsahibə yerli və xarici KİV-lərdə geniş işıqlandırılıb. 17-23 oktyabr tarixlərində bu müsahibədən qaynaqlanaraq 236 məqalə, həmçinin Rusiya, Türkiyə, İran və Böyük Britaniyanın böyük informasiya agentliklərində və telekanallarında materiallar yayımlanıb. Sputnik Azərbaycan-ın sözügedən müsahibəsinin nəticələrinə əsasən, özündə bu müsahibənin dünya KİV-də yayımına dair statistik məlumatları əks etdirən albom-soraqça buraxılıb. Soraqça Moskvada məhdud tirajla dərc edilib.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibənin nəticələrinə əsasən hazırlanmış albom-soraqça Albom Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev tərəfindən təntənəli şəkildə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədova təqdim olunub. Görüşdə Əziz Əliyev albom və orada toplanmış materiallardan söz açıb. Öz növbəsində, Mayıl Əhmədov bildirib ki, bu nəşr kitabxananın fondunda layiqli yerini tutacaq.

https://sputnik.az/azerbaijan/20170414/409827038/eliyevin-musahibesi-olan-albomkitabxanada.html

 


Sputnik Azərbaycan.-2017.-14 aprel.