Prezident Kitabxanasında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilmişdir

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov tədbiri açaraq, təqdimatı keçirilən kitabın erməni saxtakarlığına qarşı sanballı cavab kimi qiymətləndirmişdir.
Kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev kitabın məziyyətləri haqqında danışmışlar.
Tədbirdə çıxış edən tarixçi alimlər, tədqiqatçılar kitabın əhəmiyyətindən danışmış, onun digər dillərdə çap edilməsinin vacibliyini vurğulamışlar.