Prezident Kitabxanasında Ümummilli liderin xatirəsi anılmışdır

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Prezident Kitabxananın foyesində qoyulmuş büstünü ziyarət etmiş, büstün önünə təzə-tər çiçəklər qoymuşlar. Daha sonra tədbir iştirakçıları Konfrans zalda Ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən geniş kitab sərgisi ilə tanış olmuşlar.