Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. YUNESKO tərəfindən də qeyd edilən bu yubiley münasibətilə Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitab sərgisi açılmışdır. Sərgidə görkəmli bəstəkarın əsərləri, Azərbaycan və xarici dillərdə onun haqqında yazılmış kitablar və dövri mətbuat materialları toplanmışdır.