2 fevral – Azərbaycan Gəncləri günü
1 yanvar - Yeni İliniz mübarək!
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 1 fevral tarixli sərəncamı ilə ölkədə 2 fevral “Gənclər günü” kimi qeyd edilməyə başlanmışdır.
2 fevral 1996-cı ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə respublika gənclərinin I forumu keçirilmişdir. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.
Yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Beynəlxalq gənclər günü elan edilmişdir.
26 fevral – Xocalı soyqırımı günü
26 fevral - Xocalı soyqırımı günü
1992-ci ildən hər il fevral ayının 26-da Azərbaycan xalqı öz yeni tarixində ən faciəli, dəhşətli günlərindən birini — Xocalı faciəsini qeyd edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçıları sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərini zəbt etdilər. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olunmuşdur:
613 nəfər şəhid oldu, onlardan 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.
487 nəfər şikəst edilmişdir
8 ailə bütövlükdə məhv edildi
25 azyaşlı uşaq hər iki valideynini itirdi
130 uşaq valideynlərindən birini itirdi
59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi
1000 nəfərdən çox şəhər sakini əlil olub
1275 nəfər əsir və girov götürüldü,
əsir düşənlərdən 150 nəfərin (o cümlədən 68 qadının və 26 uşağın) taleyi bu günədək məlum deyil.
Azərbaycan Respublikasının Milli Məclisi hər il fevral ayının 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevral ayinin 26-da saat 17.00 da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.