Fevralın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının  A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi Prezident Kitabxanasının təşkilatçılığı və Tarix İnstitutunun dəstəyi ilə reallaşıb.
Eyni zamanda Prezident Kitabxanasının Konfrans zalında xarici dillərdə çap olunan kitablarının sərgisi də təşkil olunmuşdur. Sərgidə nümayiş olunan kitablar Prezident Kitabxanasına hədiyyə edilmişdir.