Kitabxananın əməkdaşları əvvəlcə Ümummilli liderin büstü önünə gül dəstəsi qoydular, sonra isə Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsində ona həsr olunmuş yeni kitablara baxdılar. Konfrans zalda Kitabxananın direktoru Mayıl Əhmədov Ulu öndərin həyat və fəaliyyəti, onun ölkəmizin tarixində, iqtisadiyyatında və mədəniyyətindəki misilsiz xidmətlərindən danışdı. Dahi şəxsiyyətə həsr olunmuş “Heydər Əliyev. Elektron sənədlər toplusu”na əlavə olunmuş yeni materiallar haqqında məlumat verdi. 
Şöbə müdirləri Zakir İsmayılov, Sonaxanım Abasova, məsləhətçi Kəmalə Məmmədova da öz çıxışlarında Heydər Əliyev irsinin daha mükəmməl toplanması və istifadəsinin təşkili ilə bağlı təkliflər verdilər. Sonda Ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif anlarını əks etdirən videoçarx nümayiş olundu.