Qazaxıstan Respublikasının Birinci Prezidentinin - Elbası Kitabxanasının sosial-humanitar və təhsil layihələri xidmətinin rəhbəri Kunslu Serikovna İsinova və həmin xidmətin aparıcı eksperti Akbota Kamoyovna Xamitova Prezident Kitabxanasında oldular. Konfrans zalında qonaqlarla kitabxananın aparıcı mütəxəssislərinin görüşü zamanı hər iki Prezident Kitabxanasının fəaliyyət istiqamətləri barədə ətraflı informasiya mübadiləsi aparıldı, müzakirələrdə yeni layihələrin hazırlanması zamanı qarşılıqlı təcrübədən yararlanmağın faydalı olacağı vurğulandı.

Qonaqlar Kitabxananın fondları və oxu zalları ilə tanış oldular. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edildi.