2017-ci il iyunun 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Azərbaycan və İslam dünyası” elektron layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.
Çıxışlar zamanı qeyd edilmişdir ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyinin və həmrəyliyinin möhkəmləndirməsini, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir. http://islamworld.preslib.az/