18 oktyabr 2016-cı ildə Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Prezident Kitabxanasında olmuşdur. Kitabxananın kollektivini dövlət müstəqilliyimizin 25-ci ildönümü münasibətilə təbrik edən qonaq kitabxananı gəzmiş, burada yaradılmış elektron resurslarla ətraflı tanış olmuşdur. Görüşün sonunda Əhməd Samiyə Mədəniyyət Mərkəzinin kitabxanasında istifadə etmək üçün  Azərbaycanın tarixinə, mədəniyyətinə, musiqisinə dair nəşrlər hədiyyə verilmişdir.