1 yanvar – Yeni İliniz mübarək!
1 yanvar - Yeni İliniz mübarək!
Ölkəmizdə yanvar ayının 1-i və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.
20 yanvar – Ümumxalq Hüzn günü
20 yanvar - Ümumxalq Hüzn günü
1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi həkk olunmuşdur. Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də sovet ordusunun hərbi hissələri Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Beləliklə, Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz edilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış və qəddarcasına qətlə yetirilmişdir.
Qanlı Yanvar günlərində 147 nəfərin şəhid olması, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması ilə nəticələnən qanlı aksiya xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi idi. Xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək pisləmiş, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirmişdi.
25 yanvar – Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyə qəbul olunması günü
25 yanvar - Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyə qəbul olunması günü
2001-ci ilin yanvar ayının 17-də Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.
25 yanvar 2001-ci ildə isə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir