“Sputnik Azərbaycan” Prezident Kitabxanasının Nadir fondundan reportaj hazırlamışdır

“Sputnik Azərbaycan” informasiya agentliyi 2017-ci ilin aprelin 24-də Prezident Kitabxanasının Nadir fondu haqqında geniş video-reportaj hazırlamışdır.
Reportajda qeyd olunur ki, Azərbaycanda ən qədim kitab Prezident Kitabxanasındadır. Bu 1591-ci ildə İtalyan dilində nəşr olunmuş "Historia di Parma" kitabıdır. Nadir fondda 10 mindən artıq kitab saxlanılır. Onlardan 1088-i Azərbaycan Respublikasının kitab abidələri dövlət reyesterinə daxil edilmişdir.