Mərakeş Milli Kitabxanasının direktoru Prezident Kitabxanasında olmuşdur

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qonağa kitabxanada görülən işlər barədə məlumat vermiş, kitabxanalararası əlaqələrin əhəmiyyəti, əməkdaşlığın formaları barədə təkliflərini bildirmişdir.
Qonağa Mərakeş Milli Kitabxanasının fondunda saxlamaq üçün Azərbaycanın tarixinə və mədəniyyətinə dair ingilis və fransız dillərində kitablar və suvenirlər hədiyyə verilmişdir.
Görüşdə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Hami iştirak etmişdir.