Prezident Kitabxanasının əməkdaşları İFLA-nın 85-ci Baş konfransında iştirak etmişlər

İFLA-nın daimi üzvü olan Prezident Kitabxanasını bu iclasda direktor Mayıl Əhmədov və elmi katib Kəmalə Sarıcalinskaya təmsil etmişdir. Onlar konfransın açılış və bağlanış mərasimlərində, sərgilərin açılışında, kitabxana və muzeylərə ekskursiyalarda, ikitərəfli və çoxtərəfli görüşlərdə, müzakirələrdə iştirak etmişdilər. Nümayəndə heyəti Yunanıstan Milli Kitabxanasına ayrıca ekskursiyada olmuş, kitabxananın yeni binası, burada tətbiq edilən yeni xidmət formaları ilə ətraflı tanış olmuş, dünyanın ən zəngin kitabxanalarından biri olan bu kitabxanaya Azərbaycanla bağlı kitablar hədiyyə etmişlər.