E-Layihələr – bütün layihələr »
Tarixdən səhifələr – Aprel »
Beynəlxalq Mədəniyyət Günü
15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqəlidir. Beynəlxalq hüquq təcrübəsində bu gün Rerix paktı kimi də tanınır və dünyanın bir çox ölkəsində qeyd olunur. Tarix və mədəniyyət abidələrinin xarici qüvvələrin dağıdıcı təsirindən qorunmasını tənzimləyən qaydalar ideyası məhz rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb.
Yeni kitablar – bütün kitablar »
Xatirə kitabı – bütün xatirələr »
Prezident Kitabxanası mənim Azərbaycanda gördüyüm ən yaddaqalan kitabxanadır. O, gözəldir, yaxşı təşkil olunmuşdur və düzgün idarə edilir.
Diskussiyalarla zəngin, ideyalarla, dostluq münasibətləri ilə bol günlər üçün minnətdarlıqla. Rifah, uğur, maraqlı layihələr və səadət arzuları ilə.
Respublikada analoqu olmayan bir kitabxana yaratmısınız. Əhsən! Bir mütəxəssis kimi Sizin işinizlə fərəhlənirəm.
Sizin isti qonaqpərvərliyinizə görə təşəkkürlər. Sizin kitabxananıza və Azərbaycanda kitabxana işinin inkişafına ən yaxşı arzularla.
Kitabxanadan istifadə:
- Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport, şəxsi vəsiqə, hərbi bilet) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.
- Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçıləri üçün açıqdır.
- Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.