AMEA Nəsimi adına Dilçilik İnstitutunun yeni nəşrləri Prezident Kitabxanasının fonduna təqdim edilmişdir

Kitabı təqdim edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevil Zülfüqarova bildirmişdir ki, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer almışdır. Atlasda həm də mp3 formatında canlı səs yazıları verilmişdir.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Dilçilik İnstitutunun atlasın ərsəyə gəlməsində rolu olan bütün əməkdaşlarına təşəkkürünü bildirmiş, onlara yeni yaradıcılıq uğurları arzulamış, bu nəşrlərin tədqiqatçılar üçün dəyərli mənbə olacağına əmin olduğunu bildirmişdir.