Prezident Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yığıncaq keçirilmişdir

Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli liderin kitabxanadakı büstü önündə xatirə şəkli çəkdirmiş və zalda təşkil olunmuş geniş kitab sərgisinə baxmışlar. Konfrans zalında “Heydər Əliyev. Elektron Sənədlər Toplusu”nun yenilənmiş variantı yığıncaq iştirakçılarına nümayiş etdirilmiş, sonra isə kitabxananın əməkdaşları dahi şəxsiyyət barədə xatirələrini paylaşmışlar.