2011-ci ilin sentyabrın 14-də ölkəmizdə səfərdə olan Çexiya Milli Kitabxanasının baş direktoru Tomaş Böhm və Çexiya Milli Muzeyinin direktoru Mixail Lukeş Prezident Kitabxanasında olmuşlar.
Kitabxana Assosiasiyaları və Təsisatları Beynəlxalq Federasiyasının (İFLA) prezidenti xanım Ellen Tise 2008-ci ilin noyabrın 25-də Prezident Kitabxanasında olmuşdur.
2008-ci ilin martın 18-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri V. İstratov Prezident Kitabxanasına kitablar hədiyyə etmişdir.
2007-ci ilin dekabrın 27-də Prezident Kitabxanasında ölkəmizdə işgüzar səfərdə olan Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin ilə görüş keçirilmişdir.
Latviya Respublikasının elektron hökumət işləri üzrə xüsusi tapşırıqlar naziri xanım İna Qudele və onu müşayiət edən şəxslər 2007-ci ilin martın 30-da Prezident Kitabxanasında olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı ilin iyunun 27-də Prezident Kitabxanasında olmuşdur.