E-Layihələr – bütün layihələr »
Tarixdən səhifələr – Aprel »
Neft milyonçusu və məşhur xeyriyyəçi Murtuza Muxtarov
Neft sənayesinin görkəmli nümayəndəsi, iri neft sahibkarı, xeyriyyəçi Murtuza Muxtarov 1865-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. O, uzun müddət malakeşlik etmiş, araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdu. 1870-ci ildən Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərdən birində fəhləlik etmişdir. Martov adlı bir sahibkar M.Muxtarovdakı iradəni görüb ona mехаniki аlət və neftqazma dəzgahların sirrini öyrədir. Qısa bir zamanda onu usta təyin edir. Qocalan sahibkar öz şəxsi emalatxanasını ona satır. 1890-cı ildə Murtuza Muxtarov öz emalatxanasını genişləndirir və bir çox ölkələrlə əməkdaşlıq etməyə başlayır.
Yeni kitablar – bütün kitablar »
Xatirə kitabı – bütün xatirələr »
Respublikada analoqu olmayan bir kitabxana yaratmısınız. Əhsən! Bir mütəxəssis kimi Sizin işinizlə fərəhlənirəm.
Sizin isti qonaqpərvərliyinizə görə təşəkkürlər. Sizin kitabxananıza və Azərbaycanda kitabxana işinin inkişafına ən yaxşı arzularla.
Prezident Kitabxanası mənim Azərbaycanda gördüyüm ən yaddaqalan kitabxanadır. O, gözəldir, yaxşı təşkil olunmuşdur və düzgün idarə edilir.
Azərbaycana ilk gəlişimin sonunda Prezident Kitabxanasına gəlməyim məni məmnun etdi. Bu müqəddəs məkanda səliqə-sahmanlı materiallar oxumağa ümumi maraq oyadır, kitabları ictimaiyyət üçün əlçatan etmək isə dəyişən cəmiyyətdə mədəniyyətə xidmət edən amillərdir.
Kitabxanadan istifadə:
- Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport, şəxsi vəsiqə, hərbi bilet) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.
- Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçıləri üçün açıqdır.
- Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.