Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Tarixi idrakın elmiliyi problemlərinə dair" kitabı milli mənlik şüurunun təşəkkülü məsələlərinə, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına, dövlət müstəqilliyin və xalqın təhlükəsizliyinin möhkəmləndirilməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmiş milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən istifadə etmək bacarığına həsr olunub. Kitabda müasir dövrdə- modernləşmə ideyasının postsənaye cəmiyyəti kontekstində zamanın tələbinə çevrildiyi bir vaxtda Azərbaycan dövlətinin qarşısında duran vəzifələr aydın göstərilib. Kitabda tarixin fəlsəfi aspektləri də nəzərdən keçirilir.
Biblioqrafik təsvir
Mehdiyev, Ramiz Ənvər oğlu. Tarixi idrakın elmiliyi problemlərinə dair = К вопросу о проблемах научности исторического познания / R. Ə. Mehdiyev.- Bakı: Şərq-Qərb, 2015.- 320 s.