AZ  |   RU  |   EN









Yeni kitablar

Qəndilov, Seyfəddin Mirtağı oğlu. Dövlətçilik təfəkkürü, idarəçilik məharəti: dərs vəsaiti /S.M.Qəndilov; red. Ə.Həsənov.- Bakı : Azərbaycan, 2009.- 432 s.

Müəllifin 2006-cı ilin ikinci yarısından 2009-cu ilin sonunadək olan dövrü əhatə edən bu kitabına onun müasir narahat dünyamızın aktual hadisələrinə və respublikamızın ictimai-sayasi həyatının müxtəlif məsələlərinə dair mətbuat səhifələrində dərc edilmiş məqalələri, Dövlət İdarəçilik Akademiyasında keçirilmiş müxtəlif tədbirlərdəki məruzə, nitq və çıxışları daxil edilmişdir. Əksəriyyəti dövlətçiliyimizlə bağlı olan məqalələrdə müstəqil respublikamızın ictimai-siyasi və iqtisadi həyatı, xalqımız, dövlətçiliyimiz üçün vacib olan məsələlər, Heydər Əliyev və dövlət idarəetmə kadrlarının hazırlanması, cənab İlham Əliyevin prezidentliyinin birinci dövründə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər, Heydər Əliyev Fondunun və onun prezidenti xanım Mehriban Əliyevanın təhsilimizə, xalq müsiqimizə, mədəniyyətimizə göstərdiyi qayğı, dövlət qulluğu sahəsindəki islahatlarla, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi, Dövlət İdarəçilik Akademiyasında kadr hazırlığı ilə bağlı fikir və mülahizələr öz əksini tapmışdır.



Əfəndiyev, Məcid Əhməd oğlu. Siyasi və hüquqi təlimlər tarixi /M.Ə.Əfəndiyev; elmi red. N.Mikayılov.- Təkrar nəşri.- Bakı : Elm, 2009. - 626 s.

Kitabda antik dövrdən başlayaraq XX əsrin 90-cı illərinədək dünya ölkələrinin siyasi-hüquqi fikir tarixini əks etdirən başlıca təlimlər, nəzəriyyələr, doktrinalar və konsepsiyalar açıqlanır, siyasi və hüquqi təsisatların təşəkkülü və inkişafında onların rolu təhlil edilir. Kitabda Azərbaycanın siyasi-hüquqi fikir tarixinin ən başlıca və ən əhəmiyyətli inkişaf mərhələlərinə xüsusi diqqət yetirilir.



Ağayev, Mir Müstəqil Mir Bağır oğlu. Azərbaycan demokratik fikrində insan konsepsiyası: monoqrafiya /M.M.Ağayev; elmi red. S.Hüseynov; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu.- Bakı: Nurlan, 2009.- 208 s.

Cəmiyyət insanlardan ibarətdir. İnsanlar isə mənəvi-əxlaqi keyfiyyətlərinə görə bir-birindən fərqlənirlər. Zaman-zaman insana münasibətlər dəyişmiş, müxtəlif baxışlar sistemi meydana çıxmışdır. Azərbaycan demokratik fikrinin nümayəndələri M.Ə. Sabir, C. Məmmədquluzadə, A. Şaiq, A. Səhhət, M. Hadi və H. Cavid də öz yaradıcılıqlarında bu məsələyə xüsusi diqqət yetirmiş: insan nədir, cəmiyyətdə onun yeri və rolu, insan hansı mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalıdır, sağlam cəmiyyətin yaradılmasında tərbiyənin rolu, valideynlərin, tərbiyəçilərin, müəllimlərin və s. haqqında öz fikir və mülahizələrini söyləmişlər. Bu monoqrafiya da Azərbaycan demokratik fikrində insan konsepsiyasına həsr edilmişdir.



Məmmədov, Nüsrəddin Məmmədcəfər oğlu. Keçid dövründə Azərbaycanın milli iqtisadiyyatının formalaşmasının xüsusiyyətləri: monoqrafiya /N.M.Məmmədov; elmi red. F.F.Mustafayev.- Bakı: Azərnəşr, 2009.- 568 s.

Monoqrafiyada bir iqtisadi sistemin inkişaf edərək digərinə, daha mütərəqqisinə keçidinin ümumi iqtisadi qanunauyğunluqları, Azərbaycanın keçid dövrünün iqtisadiyyatı, ilkin kapital yığımı, özəlləşdirmə və sahibkarlığın inkişafı, keçid dövründə Azərbaycanın sağlam milli iqtisadiyyatının formalaşması və inkişafı problemləri geniş aspektdə şərh olunur.



Azərbaycan regionlarında iqtisadiyyatın dayanıqlı inkişafı: monoqrafiya /R.P.Sultanova [et al.]; elmi red. R.P.Sultanova; AMEA İqtisadiyyat İnstitutu.- Bakı: Elm, 2009.- 296 s.

Kitabda ölkə regionları iqtisadiyyatının müasir vəziyyəti, o cümlədən, əhalisi, təbii ehtiyatlar potensialı, sənaye və kənd təsərrüfatının mövcud vəziyyəti və inkişaf meyilləri təhlil olunmuşdur. Monoqrafiyada Azərbaycan regionlarında sosial sferanın inkişafının əsas istiqamətləri və bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi yolları göstərilmişdir.



Ağaoğlu, Əhməd. İran və inqilabı /Ə.Ağaoğlu; elmi red., ön söz müəl. V.Sultanlı.- Bakı: Azərnəşr, 2009.- 152 s.

Əhməd Ağaoğlunun tarixi-publisistik səpkidə qələmə aldığı “İran və inqilabı” əsərində 1500-cü ildən başlayaraq iyirminci yüzilin əvvəllərinə qədər İran adlanan ölkənin tarixi izlənilmişdir. Müəllif İranın tarixində və tərəqqisində mühüm rol oynamış türk sülalələrinin idarəçilik və dövlətçilik mexanizmini izləmiş, yaradılan hakimiyyət sisteminin özünəməxsus xüsusiyyətlərini aşkarlamağa çalışmışdır.



Искендерова, Марзия Сабир гызы. Азербайджано-русские отношения XVIII-начала XIX вв. в азербайджанской историографии: 20-80-е годы XX века: монография /М.С.Искендерова; науч. ред. Т.Т.Мустафазаде; Институт Истории им. А.А. Бакиханова НАНА.- Баку: Елм, 2009.- 440 с.

В работе прослеживаются этапы изучения азербайджано-русских отношений XVIII-начала XIX вв. в исторической литературе XX века. Основу исследования составил глубокий анализ азербайджанской и русской историографии, в ходе которого рассматривается процесс выработки доминирующей концепции данной проблемы, полностью соответствующей требованиям советской эпохи. В работе показан вклад азербайджанских и русских ученых в разработку азербайджанско-русских отношений в указанный период.



Государственная служба в странах основных правовых систем мира /пер. с англ. М.Ю.Филатова; пер. с фр. Д.И.Васильева; пер. с фарс. Ф.И.Хачим; пер. с итал. М.Я.Бурляй; пер. с япон. В.Н.Еремина; сост.: Д.И.Васильев, А.А.Демин, В.П.Иванский; под ред. А.А.Демина

Т. 1.- М.: Книгодел, 2010.- 360 с.
Т. 2.- М.: Книгодел, 2010.- 428 с.



Интерпол против терроризма: сборник международных документов /Национальное Центральное Бюро Интерпола в РФ; редкол. Т.А.Лахонин [и др.]; сост. В.С.Овчинский.- М.: ИНФРА-М, 2010.- 810 с.

Настоящее издание является сборником международных документов по борьбе с терроризмом, которыми руководствуются в своей деятельности международная организация уголовной полиции (МОУП) - Интерпол и Национальное центральное бюро (НЦБ) Интерпола в России. Составитель - заслуженный юрист Российской Федерации, доктор юридических наук, генерал-майор милиции в отставке В.С. Овчинский с октября 1997 г. по июль 1999 г. возглавлял НЦБ Интерпола в России.



Веревкин, Сергей. Самая запретная книга о Второй мировой: была ли альтернатива Сталину? /С.Веревкин.- М.: Яуза-пресс, 2009.- 608 с.

Вопреки официальной истории, автор утверждает, что в годы Второй мировой у русского народа была реальная альтернатива сталинскому режиму - так называемая “Локотьская Республика”, созданная на оккупированной немцами территории, имевшая русскую администрацию, органы самоуправления и боеспособную армию, сражавшуюся против советских партизан, - и что “локотчан” следует считать не изменниками Родины, а патриотами, пытавшимися возродить национальную Россию.



Менеджмент XXI века: когда-нибудь мы все будем так управлять [пер. с англ.] /М.Андерсон [и др.]; под ред. С.Чоудхари.- М.: ИНФРА-М, 2009.- 448 с.

Книга предлагает абсолютно оригинальные, впервые публикуемые идеи и концепции ведущих теоретиков в области менеджмента о том, как будут выглядеть компании и менеджмент в XXI в. Показано, какую роль в культуре менеджмента XXI в. играют социальная легитимность, изменчивость, разнообразие и “танец” перемен. Даются ответы на вопросы, касающиеся будущих методов лидерства, деловой культуры и структуры организаций.



Жестокие уроки Чеченской войны /авт.-сост. М.Болтунов [и др.].- М.: Яуза: Эксмо, 2009.- 320 с.

Обе Чеченские кампании могли бы внести огромный вклад в военное дело - анализ и обобщение богатейшего опыта наших войск на Кавказе должны были привести к созданию новых уставов и боевых наставлений. Авторы этой книги прошли через самые жестокие бои на Кавказе - “новогодний штурм” Грозного и осаду Бамута, Самашки и Ведено, Аргун и Урус-Мартан, Шали и Ножай-Юрт, Шатой и Комсомольское. Боевые действия в городе и в горах, засады и рейды, проведение колонн и уничтожение схронов противника, конкретные рекомендации спецназовцев и снайперов, разведчиков и артиллеристов, саперов, мотострелков и оружейников - эта уникальная книга может служить учебным пособием, как выжить и победить в современной войне.



Оришев, Александр Борисович. Иранский узел: схватка разведок: 1936-1945 гг. /А.Б.Оришев.- М.: Вече, 2009.- 400 с.

Известно, что Ирану - крупнейшему государству Среднего Востока - Гитлер уделял особое внимание. Объяснялось это прежде всего тем, что Германия испытывала острейший недостаток в стратегическом сырье и рассчитывала использовать Иран в качестве источника его поставок для своей военной промышленности. К тому же Ирану отводилась роль плацдарма в войне с СССР и для вторжения в Ирак и Британскую Индию. Книга подробно рассказывает о сложной закулисной борьбе разведок и дипломатических ведомств трех стран - СССР, Англии и Германии. Борьба эта, развернувшаяся задолго до Второй мировой войны, проходила особенно напряженно и закончилась только в 1945 году.



Малявин, Владимир Владиславович. Китай управляемый: старый добрый менеджмент /В.В.Малявин.- М.: Европа, 2007.- 304 с.

Эта книга - первое в мире систематическое исследование культурных корней традиций и стратегии управления в китайском обществе. Автор подробно рассматривает историческое своеобразие китайского стиля менеджмента, его мировоззренческие предпосылки и отличия от стиля менеджмента в соседних странах Дальнего Востока.



Compilation of the UN documents on the Armenia-Azerbaijan Nagorny Karabakh conflict = Сборник документов ООН по армяно-азербайджанскому нагорно-карабахскому конфликту.- Baku, 2009.- 368 p.



Əliyev, İlham. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar /İ.Əliyev
III kitab: fevral 2004 - aprel 2004 /bur. məsul R.Ə.Mehdiyev.- Bakı : Azərnəşr, 2009.- 416 s.

Kitabın bu cildində müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilib inkişaf etdirilməsinə, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması üçün aparılan islahatlara həsr olunmuş materiallar toplanmışdır. Kitabda Prezident İlham Əliyevin Rusiya Federasiyasına, Qazaxıstan Respublikasına, Türkiyə Cümhuriyyətinə rəsmi səfərləri zamanı, həmçinin ölkəmizə gələn xarici dövlət və hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşləri, dərin məzmunlu söhbətləri, nitq və çıxışları, nüfuzlu mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri, müraciət və məktubları geniş yer tutmuşdur.



Əliyev, Heydər. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar /H.Əliyev
XXVIII kitab: iyun, 2000 - iyul, 2000 /bur. məsul R.Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 2009.- 480 s.

Kitabda “Xəzərneftqaz-2000″ Beynəlxalq sərgi-konfransda dərin məzmunlu nitqi, Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının - EKO-nun üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VI zirvə görüşündə, həmçinin Moskvada MDB ölkələrinin dövlət başçılarının növbəti zirvə görüşündə dövlət və hökumət nümayəndələri ilə apardığı dərin məzmunlu danışıqlar, nüfuzlu informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələr, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsindən, Dağlıq Qarabağ probleminin həlli və münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyindən bəhs edən materiallar toplanmışdır.



Mahmudov, Yaqub Mikayıl oğlu. Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi: dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları: 4 cilddə /Y.M.Mahmudov, K.K.Şükürov; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Regionların İnkişafı İctimai Birliyi
I cild: 1639-cu il Səfəvi-Osmanlı Qəsri-Şirin sülhü - 1828-ci il Türkmənçay traktatı.- Bakı, 2009.- 512 s.- (Vətən tarixi).- Sənədlər Azərbaycan və rus dillərindədir.

Kitabda əsas yeri dövlətlərarası müqavilələr (traktat, pakt, konvensiya, müqavilə, protokol) tutur. Topluda irəli sürülən yanaşma sayəsində Azərbaycan, ümumiyyətlə beynəlxalq münasibətlər və diplomatiya tarixinin başlıca dövrləri və problemləri ilə əlaqələndirilir, ümumi və spesifik cəhətlərin aşkar olunmasına imkan yaranır. Topluya daxil olan ayrı-ayrı sənədlərə və ya sənədlər qrupuna Azərbaycan dilində xüsusi oçerklər verilib. Kitabın birinci cildi 1639-cu il Qəsri-Şirin müqaviləsi ilə başlanıb, 1828-ci il Türkmənçay müqaviləsilə başa çatır.



İsmayılov, İsrafil Zakir oğlu. Türk dünyası XX əsrdə /İ.Z.İsmayılov; red. Y.Əhmədov.- Bakı: Vətən nəşriyyatı, 2009.- 216 s.



Sadıxov, Fikrət Yaqub oğlu. Diplomatiya və diplomatik xidmət: əsaslar, prinsiplər, təcrübə: dərs vəsaiti /F.Y.Sadıxov; elmi red. H. Əlibəyli.- II nəşri.- Bakı: Qərb Universiteti nəşriyyatı, 2009.- 199 s.

Kitabda diplomatiyanın yaranması və inkişafı tarixi, diplomat peşəsi üçün zəruri olan xüsusiyyət və keyfiyyətlər, xarici işlər idarəsinin, xaricdəki diplomatik nümayəndəliklərinin quruluş və fəaliyyəti, dövlətlərarası diplomatik münasibətlərin yaradılması təcrübəsi geniş işıqlandırılır, həmçinin Azərbaycanın xarici siyasəti və diplomatiyası məsələlərinə toxunulur.



Həmidov, Samir Sabir oğlu. Avropa ittifaqında siyasi inteqrasiya prosesləri və Azərbaycan /S.S.Həmidov; elmi red. H.Hüseynova; Azərbaycan Dillər Universiteti.- Bakı: ADU, 2009.- 271 s.



Nəzirli, Şəmistan Əmiraslan oğlu. 1920-ci ildə Qarabağ döyüşləri /Ş.Ə.Nəzirli; red. M. Süleymanov.- Bakı, 2009.- 480 s.

Kitabda Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri tarixi faktlar əsasında qələmə alınıb. Müəllifin əsəri qəhrəmanlıq tariximizi yaşatmaq, milli mənliyimizi qorumaq baxımından çox dəyərlidir.





Səhifələrin sayı: 6«12345»...Sonuncu »

Prezident Kitabxanası © 2008. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.