AZ  |   RU  |   EN









Yeni kitablar

Naxçıvan tarixi atlası /Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi; ön sözün müəl. V.Y.Talıbov; red. heyəti: İ.M.Hacıyev [et al.].- Bakı: Bakı kartoqrafiya fabriki, 2010.- 56 s.



Mənkyu, Qreqori N. Ekonomiksin əsasları: dərs vəsaiti /Q.N.Mənkyu; tərc.: E.T.İbadov, R.Ə.İsayev, A.Ə.Qurbanov.- II nəşri.- Bakı, 2010.- 836 s.



Алиев, Фархад Бахтияр оглу. Евразийство: геополитический дискурс: монография /Ф.Б.Алиев; науч. ред. Н.Ахундов.- Баку: Мутарджим, 2010.- 164 с.

В монографии исследуется геополитическая концепция евразийства сквозь призму культурно-цивилизационной проблематики. Прослеживаются истоки и исторические предпосылки возникновения евразийских взглядов, рассматриваются соответствующие подходы российских, американских и западноевропейских специалистов.



Нуриев, Джумшуд. Тайны истории фальсификации /Дж.Нуриев, Ш.Нуриева; ред.: М.Беккер, Н.Ашрафова.- Баку, 2010.- 262 с.

Представленная вниманию читателей книга посвящается историческим фальсификациям, которые армяне (хаи) время от времени применяли по отношению к тюркам и другим народам. Владеющий искусным умением создавать поддельную историю, этот корпоративный этнос продолжает свою фальсификацию и в XXI веке.



Hüseynov, İlqar Həsrət oğlu. Qədim dünya mədəniyyəti: dərslik /İ.H.Hüseynov, N.T.Əfəndiyeva; elmi red. A.N.Abbasbəyli; red. P.Rzaquliyev; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.- Bakı: Mars-Print NPF, 2009.- 428 s.

Dərslikdə bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və mənimsənilməsi problemləri müqayisəli kulturologiya baxımından araşdırılır, milli adət və ənənələr, dini xüsusiyyətlər, beynəlxalq mədəni əlaqələr, qədim dövr mədəniyyəti və incəsənətinin tarixi-mədəni-ədəbi abidələrinin tədqiqinə geniş yer verilir. Dərsliyə 400-dən çox abidənin fotoşəkli daxil edilmişdir.



Protopopov, Anatoliy Serqeyeviç. Beynəlxalq münasibətlər və Rusiyanın xarici siyasəti tarixi: 1648-2005: dərslik /A.S.Protopopov, V.M.Kozmenko, N.S.Yelmanova; tərc. A.M.Əliyeva; tərc. red. F.Ağazadə.- Bakı: Qanun, 2009.- 444 s.

Kitab Vestfal sülhündən (1648) indiyə qədər olan dövrü əhatə edir. Yeni nəşrdə XX və XXI əsrin ilk illərinin tarixi daha ətraflı əks etdirilmişdir.



Султанов, Чапай Али оглы. Сквозь призму шахмат… /Ч.А.Султанов.- Баку: Чашыоглу, 2009.- 372 с.

По аналогии с шахматной игрой рассмотрены актуальные проблемы современного мира, связанные с политикой, политиками, экономикой, экологией и еще многим другим.



Haydar Aliyev - Azerbaycan devletinin kurucusu ve gururu /F.Ahmedov [et al.]; ed. S.Aran; Azerbaycan İstanbul Başkonsolosluğu.- İstanbul: Stil Matbaa San. ve Tic. A.Ş., 2009.- 129 s.- türk dilində.



Qasımlı, Musa Cəfər oğlu. SSRİ-Türkiyə münasibətləri: Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək: monoqrafiya /M.C.Qasımlı; elmi red. Ə.M.Həsənov
II cild: 1979-1991.- Bakı: Adiloğlu, 2009.- 400 s.

SSRİ-Türkiyə münasibətlərində 70-ci illərin sonlarından etibarən yenidən gerilik müşahidə edildi. Buna təsir edən əsas amillər hansılar idi? Əfqanıstana sovet hərbi müdaxiləsi qarşılıqlı münasibətlərə necə təsir etdi? Kipr problemi qarşılıqlı münasibətlərə necə təsir edirdi? 1980-ci il 12 sentyabr hərbi çevrilişi qarşılıqlı münasibətlərə necə təsir etdi? Erməni terroru sovet-türk münasibətlərinə necə təsir edirdi? İki ölkənin yaxınlaşmasında Azərbaycan hansı rolu oynayırdı? Bütün bu və ya digər suallara monoqrafiyada cavab verilir.



Əkbərov, Rahib Abdulla oğlu. Azərbaycanın dövlət və hüquq tarixi: dərs vəsaiti /R.A.Əkbərov; elmi red. N.Cəfərli.- Bakı: Qanun, 2009.- 604 s.

Dərs vəsaitində, miladdan öncəki dövrlərdən başlayaraq XXI əsrin əvvəllərinə qədər Azərbaycan ərazisində yaranan dövlətlər, onların ictimai quruluşu, dövlət quruluşu və bu dövlətlərdə istifadə olunan qanunvericiliklər və hüquq sahələrinin tarixi araşdırılmışdır. Kitabda təqdim edilmiş mövzularda öyrənilən dövlət təsisatları və hüquq institutlarının quruluşu, Azərbaycanın qədim dövlətçilik ənənələrinin mövcud olduğu barədə geniş məlumat verilir.



Fətəliyev, Məmməd Böyükxan oğlu. Avropa və Amerika ölkələrinin müasir tarixi: 2 hissədə: dərslik /M.B.Fətəliyev, M.C.Qasımlı
II hissə: 1945-2002-ci illər /elmi red. M.B.Fətəliyev.- Bakı: Adiloğlu, 2008.- 344 s.

Dərslikdə ikinci dünya müharibəsinin başa çatmasından 2002-ci ilədək olan dövrdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Mərkəzi və Cənub Şərqi Avropa dövlətlərinin, Latın Amerikası ölkələrinin, beynəlxalq münasibətlər tarixi şərh edilmişdir.



Əliyev, Qabil Əli oğlu. Qafqaz tarixi: dərslik /Q.Ə.Əliyev
I hissə: Ən qədim çağlardan XVIII əsrin sonunadək /elmi red.: T.Ə.Bünyadov, Ə.İ.Muxtarova.- Bakı: Elm, 2009.- 448 s.

Dərsliyin birinci cildində Qafqaza yadelli basqınları haqqında bilgi verilmiş, feodal münasibətlərinin yaranması və xüsusiyyətləri, Xristianlıq və İslam dinlərinin yayılması və yerli xalqların mədəni inkişafına təsiri, Sasani, Bizans, ərəb və monqol işğalları və ağalığına qarşı mübarizə, regionda yaranmış dövlətlərin qarşılıqlı münasibətləri, Səfəvi-Osmanlı rəqabətinin nəticələri, Rusiyanın müstəmləkəçi siyasətinə qarşı milli-azadlıq mübarizəsinin başlanması və s. bu kimi məsələləri mənbələrin və tarixi araşdırmaların imkan verdiyi səviyyədə şərh edilmişdir.



Сулейманова, Севда Юнис кызы. История тюркских народов: с древнейших времен по настоящее время: учебное пособие /С.Ю.Сулейманова; науч. ред.: С.М.Гандилов, А.И.Мухтарова.- Баку: Тахсил ИПП, 2009.- 324 с.



НВФ: боевые действия на Кавказе /сост. П.П.Потапов.- Минск: Современная школа, 2010.- 288 с.

Ведущие боевые действия на Кавказе негосударственные военные формирования - это ударная сила больших стран и держав, стремящихся оставаться в тени. Вооружая, инструктируя и координируя деятельность боевиков неправительственных вооруженных формирований, действующих на “локальном” уровне, эти державы, будучи субъектами уже глобальной политики, используют их как инструмент достижения своих геополитических целей.



XX əsr Azərbaycan tarixi: dərslik / red. T.T.Vəliyev
II cild /Y.B.Yusifov [et al.].- Bakı: Təhsil, 2009.- 560 s.

Dərslikdə XX əsrin əvvəllərində ölkəmizdə kənd təsərrüfatı və sənayenin inkişafı, hökumətin verdiyi aqrar qanunlar, çarizmin köçürmə siyasəti, siyasi partiyaların və siyasi təşkilatların yaranması, çar rejiminə qarşı yönəlmiş fəhlə tətilləri və kəndli çıxışlarından bəhs olunur. Bununla yanaşı, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti, onun daşnak-bolşeviklər tərəfindən devrilməsi, bolşevik ağalığı dövründə Azərbaycanda baş vermiş faciələr, 20-30-cu illərin repressiyaları, Vətən müharibəsində Azərbaycanın iştirakı, “mülayimləşmə” dövründə ölkəmizin vəziyyəti əhatə olunmuşdur. XX əsrin son 30 ilinə xüsusi yer verilmişdir. SSRİ-nin dağılması, Azərbaycanda dövlətçiliyin bərpası, Qarabağ düyünü, Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun prezidentliyi dövründə daxili və xarici siyasət kitabda hərtərəfli işıqlandırılmışdır.



Piriyev, Abbas Musa oğlu. Sosiologiya və politologiya fənnindən mühazirə mətnləri: dərs vəsaiti /A.M.Piriyev, X.B.Əfəndiyeva; red. Ə.C.Əhmədov.- Bakı: Təhsil NPM, 2009.- 352 s.

Dərs vəsaiti sosiologiya və politologiya üzrə tərtib edilmiş mühazirə mətnlərindən ibarətdir. Kitabda hər bir mövzunun planı və plana uyğun mətni, ədəbiyyatı və sxemi verilmişdir. Mühazirə mətnləri tərtib edilərkən dünyada və ölkədə baş verən sosial - siyasi dəyişikliklərin təhlili də nəzərə alınmışdır.



Musayev, Şakir Məzlum oğlu. Məhkəmə-tibbi ekspertiza və onun imkanları /Ş.M.Musayev
I cild.- Bakı: Yeni Poliqrafist MMC, 2009.- 278 s.

Kitabda məhkəmə-tibbi ekspertizanın müasir imkanları, təşkili və keçirilməsinin prosessual əsasları, müayinə obyektlərinin götürülməsinə və ekspertizaya göndərilməsinə dair tələblər, ekspertiza zamanı həlli mümkün olan suallar, ekspert nəticələrinin qiymətləndirilməsinin prinsipləri və digər məsələlər barədə qısa və dolğun məlumatlar öz əksini tapmışdır.



Qarayeva, Gülxanım İbrahim qızı. Ərəb ölkələrinin orta əsrlər və yeni dövr tarixi: dərslik /G.İ.Qarayeva, A.M.Hacıqədirli.- Bakı: Adiloğlu, 2009.- 408 s.



İdarəetmənin əsasları /S.M.Məmmədov [et al.].- Bakı: Nurlar NPM, 2009.- 144 s.



Səmədzadə, Ziyad Əliabbas oğlu. Çin qlobal dünya iqtisadiyyatında /Z.Ə.Səmədzadə.- Bakı: Elm və Təhsil, 2009.- 608 s.

Çin xalqının əldə etdiyi nailiyyətlərin hərəkətverici qüvvəsi nə olmuşdur? İslahatların ana xəttini nə təşkil etmişdir? Çinin qloballaşan dünya iqtisadiyyatında yaxın və uzaq gələcəkdə rolu necə dəyişəcəkdir? Kitabda bu kimi suallara cavab verməyə cəhd edilmişdir. Kitabda qloballaşan dünya iqtisadiyyatının inkişaf meyilləri, qanunauyğunluqları araşdırılmış, müqayisəli təhlillər əsasında ölkələrin iqtisadi inkişaf modelləri barədə ümumiləşdirmələr verilmişdir.



Mirbəşiroğlu, Elşad. Siyasi münaqişələr: mahiyyəti, quruluşu, həlli: monoqrafiya /E.Mirbəşiroğlu; elmi red. H.B.Məmmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Elm, 2009.- 524 s.

Monoqrafiyada siyasi münaqişənin mahiyyəti, baş vermə səbəbləri, strukturu, inkişaf dinamikası, tipologiyası, tənzimlənməsi dərindən araşdırılmaqla yanaşı, cəmiyyətin sosial-siyasi sabitliyinə real təhlükə törədən siyasi terrorizm probleminin tədqiqinə də geniş yer verilmişdir.



Rəhimli, Ruslan Hilal oğlu. Azərbaycan-Rusiya münasibətlərində Şimali Qafqaz faktoru: 1991-1997: monoqrafiya / R. H. Rəhimli ; elmi red. A. Balayev. - Bakı : Elm, 2009. - 199 s.

Monoqrafiyada 1991-1997-ci illərdə Şimali Qafqazda yaranmış etnosiyasi vəziyyət, bu regionda ortaya çıxmış problemlərin tarixi kökləri, müstəqilliyin əldə edilməsindən sonra Azərbaycan-Rusiya münasibətlərinin xarakteri, SSRİ-nin iflasından sonra Şimali Qafqazda yaranan yeni etnosiyasi vəziyyətin mahiyyəti, əsas xüsusiyyətləri, Qafqaz evi və Qafqazın digər ictimai - siyasi təşkilatları, etnik separatizm problemləri və milli ayrı-seçkilik cəhdləri, Rusiya - Çeçenistan münaqişəsi və bu münaqişənin regiondakı münasibətlərə təsiri, müasir dövr Azərbaycan-Rusiya münasibətləri kontekstində Şimali Qafqazda yaranan problemlərin səbəbləri öyrənilir, yeni etnosiyasi reallıqlar araşdırılır.





Səhifələrin sayı: 6«12345»...Sonuncu »

Prezident Kitabxanası © 2008. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.