Yeni kitablar
Мираламов, Гусейнбала Фазиль оглы. Зарифа Алиева /Г.Ф.Мираламов.- М.: Молодая гвардия, 2010.- 191 с.- (Жизнь замечательных людей).
Жена Гейдара Алиева и мать президента Азербайджана Ильхама Алиева, Зарифа Алиева (1923-1985) была любима и уважаема в стране всеми - от простых рабочих и служащих до партийных и государственных деятелей, научной и творческой интеллигенции. Жизнь Зарифы Алиевой была посвящена служению людям: выдающийся врач-офтальмолог, доктор медицинских наук, академик, блестящий ученый - и в то же время чуткий и заботливый педагог, наставник и мудрый руководитель.
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı /AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; elmi red. B. Ə. Nəbiyev.- Bakı: Şərq-Qərb, 2009.- 248 s.
Kitabda müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin tərcümeyi-halına, ictimai-siyasi fəaliyyətinə müxtəsər nəzər salınır, onun milli ədəbiyyatımızla bağlı fikir və mülahizələri təhlil edilir, folklorun və klassik ədəbi irsin tədqiqinə, nəşrinə, təbliğinə qayğısından bəhs olunur və mənəviyyat sahəsində müdrik siyasətinin mahiyyəti açıqlanır.
İbadov, Nazim Sadıq oğlu. Müqayisəli politologiya: dərs vəsaiti /N.S.İbadov; elmi red. M.Əfəndiyev; Bakı Dövlət Universiteti.- Bakı, 2010.- 222 s.
Vəsaitdə müqayisəli tədqiqatların inkişaf tarixinə nəzər yetirilmiş, bu elmin ən köklü problemlərindən sayılan siyasi təsisatlar, siyasi modernləşmə, demokratik tranzit, dövlət sistemlərinin təsnifatı və s. kimi problemlərin mahiyyəti açıqlanmış və eləcə də onların müqayisəli təhlili verilmişdir.
Mustafazadə, Tofiq Teyyub oğlu. Ümumi tarix /T.T.Mustafazadə; red. M.N.Mirzəyev [et al.].
I kitab: Ən qədim zamanlardan XVIII əsrin sonunadək.- Bakı: İqtisad Universitetinin nəşriyyatı, 2009.- 1152 s.
Müəllif tarix elminin son nailiyyətlərini əks etdirməyə çalışmış, Azərbaycanın, qonşu ölkələrin tarixini və ümumdünya tarixini bir yerdə sinxron şəkildə şərh etmişdir.
Mustafazadə, Tofiq Teyyub oğlu. Qarabağ xanlığı /T.T.Mustafazadə; red.: C.M.Mustafayev, G.C.Nəcəfli.- Bakı: Sabah, 2009.- 333 s.
Kitabda XVIII -XIX əsrlər Azərbaycan tarixində çox mühüm rol oynamış bir dövlətin - Qarabağ xanlığının tarixi ilk mənbələr və müasir elmi ədəbiyyatın əsasında ilk dəfə kompleks şəkildə araşdırılır.
Süleymanov, Mehman. Nadir şah /M.Süleymanov; elmi red. P.Darabadi.- Tehran, 2010.- 740 s.
Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətinə həsr edilmişdir. Müəllif tərəfindən Nadir şahın uşaqlıq illəri, onun sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan döyüş yolu, böyük bir imperiyanın yaradılması üçün tarixə sığmayan fatehliyi və nəhayət faciəli həyatı geniş şəkildə araşdırılmışdır.
Abbasova, Fatma Əli qızı. Şabran: Şabran şəhərinin tarixi-arxeloji tədqiqinə dair materiallar = Шабран: материалы по историко-археологической изученности города Шабран /F.Ə.Abbasova.- Bakı: Elm, 2009.- 364 s.
Kitabda Azərbaycanın güclü erkən feodal dövlətlərindən olan Şirvanşahların ilk paytaxtı Şabran şəhərinin tarixdə tutduğu yeri haqqında, inkişaf etmiş sənətkarlıq sahələrindən olan dulusçuluqda basmanaxışlı, möhürlü, epiqrafik məlumatlı, fayans qablar, bir qrup şirli saxsı məmulatı, işıqlandırma vasitələri, memarlığı barədə məlumat verilməklə yanaşı, kənd təsərrüfatı, sümükişləmə sənəti, həmçinin bu şəhərin tarixi-arxeoloji tədqiqi tarixinə dair materiallar, müxtəlif dinlərə məxsus əhalinin, o cümlədən xristianların yaşadığını sübut edən tarixi yadigarlar haqqında məlumatlar vardır.
Seyidov, Abbas Qadir oğlu. Xələc = Халадж = Khalaj: monoqrafiya /A.Seyidov, V.Baxşəliyev, V.Mahmudova; elmi red. İ.Hacıyev; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Naxçıvan bölməsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti.- Bakı: Elm, 2010.- 220 s.
Monoqrafiyada Naxçıvanın ən mühüm arxeoloji abidələrindən biri olan Xələc yaşayış yeri və orada aşkar olunan maddi-mədəniyyət nümunələrindən bəhs olunur.
Suleymanli, Nasrin. An Analysis of the Nagorno-Karabakh Problem /N.Suleymanli.- 2009.- 145 p.
Military aggression of the Republic Armenia against Azerbaijan since 1988 till 1994 ceasefire resulted occupation of 20% of the Azerbaijanian territories, 100% cultural, industrial, social, agricultural institutions destroyed. The Nagorno-Karabakh conflict illustrated that to play with the ethnic and national feeling of minorities or nations in the region could establish the intervention of territories from another state.
1917 год и Азербайджан /Объединения ученых Азербайджана социалистической ориентации; редкол.: С.Велиев, Т.Нуруллаев, Ф.Эфендиев.- Баку, 2010.- 124 с.
Рогозин, Дмитрий Олегович. Ястребы мира: дневник русского посла /Д.О.Рогозин; ред. Р.Пискотина.- М.: Альпина нон-фикшн, 2010.- 441 с.
Известный политик, посол России в НАТО Дмитрий Рогозин делится своими оценками людей и событий, которые формировали новейшую историю постсоветской России и в которых принимал участие сам автор. Он открывает читателю тайны политических противостояний, призывает заглянуть в глаза двух страшных чеченских войн, вооруженных конфликтов в Приднестровье, Боснии и Южной Осетии, терактов и захватов заложников, рассуждает об отношениях России и Запада.
Nəcəf, Əkbər Nadir oğlu. Səlcuqlu dövlətləri və Atabəyləri tarixi: Oğuzların ortaya çıxmasından-XIV əsrə qədər: monoqrafiya /Ə.N.Nəcəf; elmi red. İ.Məmmədov.- Bakı: Qanun, 2010.- 756 s.
Kitabda oğuzların ulu əcdadı hesab edilən Tilər, İşquzlar, Tinq-linqlər, Kao-çelər, Töleslər Oqur/Oğurların m.ə. 3000-ci ildən başlayıb VIII əsrə qədər tarixi qısa tədqiq edilmiş və Oğuz Yabqu dövləti (766-1050) haqqında məlumat verilmişdir. Monoqrafiyanın əsas mövzusunu təşkil edən Böyük Səlcuqlular dövlətinin (990-1162, İraq və Xorasan Səlcuqları da daxil olmaqla) siyasi, hərbi, dövlət təşkilatı, sosial vəziyyəti və mədəniyyət ətraflı araşdırıldıqdan sonra Kirman (1041-1187), Suriya (1078-1117) və Türkiyə (1077-1308) ərazisində qurulmuş səlcuqlu dövlətlərinin tarixi şərh edilmişdir.
Əfəndiyev, Məcid Əhməd oğlu. Siyasi elm /M.Ə.Əfəndiyev; elmi red. Ə.Abdullayev.- Bakı: Siyasət, 2010.- 862 s.
Kitabda siyasi elmin təşəkkülü və inkişafı prosesi, bu elmin ən köklü problemləri sayılan siyasətin, siyasi hakimiyyətin və dövlətin mahiyyəti açıqlanır, eləcə də siyasi elmin əsasını təşkil edən digər başlıca məsələləri- siyasət və şəxsiyyətin, siyasətlə əxlaqın, siyasət və dinin qarşılıqlı əlaqəsinin səciyyəvi xüsusiyyətləri təhlil olunur, cəmiyyətin siyasi sistemi, demokratiya, siyasi elita, siyasi rejimlər, siyasi ideologiya, siyasi mədəniyyət və digər əhəmiyyətli problemlər əhatəli və siyasi fəlsəfə aspektində araşdırılır.
Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş: məlumat kitabı /Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi; tərt.: N.Qurbanov, E.Miraləm; bur. məsul N.İbrahimov.- Bakı: Adiloğlu, 2009.- 440 s.
Kitabda xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycanda keçirilən seçkilərdə iştirak hüququ və imkanları barədə məlumatlar, vətəndaşlıq və viza məsələlərinin həlli ilə bağlı hüquqi prosedurlar, insan hüquqlarının və milli azlıqların hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquqi aktlar, eləcə də Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları öz əksini tapmışdır.
Mahmudov, Müdafiə Cəmil oğlu. Bolonya prosesi: problemlər, perspektivlər, reallıqlar: monoqrafiya / M. C. Mahmudov; elmi red. Y. Ə. Məmmədov.- Bakı: Elm və Təhsil, 2010.- 504 s.
Monoqrafiyada Bolonya prosesinin meydana gəlməsi tarixi, onun məqsədi, məzmunu, vəzifələri və s. göstərilmiş, Azərbaycan Respublikasının bu prosesə qoşulması ilə Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addım atdığı açıqlanmışdır. Həm də ölkəmizin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biri olması və Azərbaycanın Bolonya prosesinə daxil olunmasının görüntü yox, reallıq olduğu öz əksini tapmışdır.
Pakrəvan, Əminə. Abbas Mirzə və Azərbaycan /Ə.Pakrəvan; fars dilindən tərc. G.Cavanşir; red. İ.Ucaruh.- Bakı: Qanun, 2010.- 336 s.
Kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı və mübarizəsi haqqındadır. XIX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqavıləsinə gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb.
Tatarova Q.Q. Sosiologiyada məlumatların təhlili metodologiyası: dərslik /Q.Q.Tatarova; tərc. B.Cəfərova; elmi red. Q.Y.Abbasova.- Bakı: Turan NE, 2010.- 324 s.
Dərslikdə məlumatların təhlilinin anlayışlar aparatı, sosioloqun iş zamanı istifadə etdiyi informasiya növləri göstərilir, ölçünün əsas metodları, məlumatların təhlili məntiqi və metodları izah edilir. Xüsusi diqqət sosioloji tədqiqatlarda tipoloji təhlilin, yüksələn və alçalan strategiyasının istifadəsi yollarına yetirilmişdir.
Щукина, Юлия. Азербайджан /Ю.Щукина; ред. И.А.Кусый [и др.].- М.: Вокруг света, 2010.- 260 с.
Азербайджан находится на стыке двух континентов, на стыке двух мировых цивилизаций – европейской и азиатской, в сердце транскавказского транспортного коридора, где сосредоточены все инфраструктуры. Вам предстоит познакомиться с удивительной Страной огней, бывшей в древности перекрестком торговых путей из Азии в Европу. В Азербайджане сохранилось огромное количество исторических, археологических и культурных памятников мирового значения. У нас в стране вы найдете все, ради чего люди отправляются в путешествия, - древнюю культуру, яркое народное искусство, вековые обычаи и традиции, богатую и разнообразную природу, кухню, истинно восточное гостеприимство.
Сеидов, Мирказым Гейдар оглы. Армянский вандализм = Erməni vandalizmi = Armenian Vandalism /М.Г.Сеидов; Международный Азербайджанский Форум имени Гейдара Алиева.- Новосибирск, 2010.- 288 с.
Помпеев, Юрий Александрович. Карабахский дневник /Ю.А.Помпеев.- М.: “Канон+” РООИ “Реабилитация”, 2010.- 416 с.
Данная трилогия отражает в себе анализ известных событий с начала карабахского конфликта, в частности безответственной политики советского руководства, заложившей основу для сепаратистских движений в стране. В книге проанализированы деятельность закулисных сил в советском истеблишменте и их связи с сепаратистско-националистическим лобби,- процесс, который привел к распаду Советского Союза.
Крупянко, Михаил Иванович. США и Восточная Азия: борьба за “новый порядок” /М.И.Крупянко, Л.Г.Арешидзе.- М.: Международные отношения, 2010.- 448 с.
Фундаментальное исследование российских востоковедов посвящено современной политике США в зоне, имеющей стратегическое значение для формирования нового миропорядка. В книге прослеживается процесс обновления курса США в отношении Китая, государств Корейского полуострова и Японии.
Maksakovski, Vladimir Pavloviç. Dünyanın coğrafi mənzərəsi: 2 cilddə: dərslik /V.P.Maksakovski
I cild: Dünyanın ümumi xüsusiyyətləri /tərc. F.İ.İbadov, tərt.-red. P.F.Kazımi. - Bakı, 2010.- 490 s.
Səhifələrin sayı: 612345»...Sonuncu »