16 iyun 2010-cu il saat 14.00-da Prezident Kitabxanasında Azərbaycan xalqının Milli qurtuluş günü münasibətilə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun son dövrlərdə nəşr etdirdiyi kitabların sərgisi və onların Prezident Kitabxanasında hazırlanmış elektron versiyalarının təqdimatı keçirilmişdir.
Kitabxananın əməkdaşları tərəfindən ölkəmizin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair fondumuzda olan fundamental kitabların elektron versiyaları hazırlanıb istifadəçilərə (oxuculara) təqdim edilir.