Fövqəladə və Səlahiyyətli Səfir, 2-ci dərəcə dövlət müşaviri, hüquq elmləri doktoru, professor Namiq Əliyev tərəfindən Prezident Kitabxanasına 17 adda 31 nüsxə kitab və 4 ədəd elmi jurnal hədiyyə olunub.Prezident Kitabxanasının…
SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycan dövlətçiliyini qoruya bilməmiş, qeyri-peşəkar və təcrübəsiz rəhbərlik dövləti dərin uçuruma aparırdı. Qarabağda vəziyyət ağırlaşmış, ərazi itkiləri artmış, daxildə isə siyasi qarşıdurmalar, silahlı qruplaşmalar arasında çəkişmələr ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq çıxış yolunu yalnız siyasi uzaqgörənliyə, zəngin idarəçilik təcrübəsinə və böyük nüfuza malik bir liderin qayıdışında görürdü — bu lider isə yalnız Heydər Əliyev idi.
Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində…
Kitabın elektron variantının olub olmadığını yoxlamaq üçün kitabxanaçılardan və ya kitabxananın rəsmi saytından məlumat ala bilərsiniz.
Kitabxananın rəsmi veb-saytına daxil olaraq “Elektron kitabxana” bölməsindən istədiyiniz kitablara, layihələrə və virtual sərgilərə elektron formatda onları oxumaq və ya endirmək üçün keçid edə bilərsiniz.
Kitabxanada Wi-Fi xidmətləri mövcuddur.
Kitabxananın rəsmi saytına daxil olaraq elektron resurslara giriş əldə bilərsiniz.
Kitabxananın oxu zalları bazar ertəsi - cümə günlərində 9:00-18:00 kimi işləyir.
Kitabxananın rəsmi saytında yeni kitablar bölməsinə daxil olaraq Azərbaycan və xarici dillərdə çap olunan ən son kitablar haqqında məlumat ala bilərsiniz.
Kitabxananın istifadə qaydaları və şərtləri ilə tanış olduqdan sonra Oxu zalında qeydiyyatdan keçə bilərsiniz.
Tədqiqat üçün kitabxananın rəsmi saytında müxtəlif mövzular üzrə biblioqrafik və tam mətinli elektron resurslar vardır.
Ali Attestasiya Komissiyasına arayış təqdim etmək üçün şəxsiyyət vəsiqəsi, kitabın çap variantının olması vacibdir (əlavə olaraq kitabın elektron variant müəllifin öz razılığı ilə təqdim edilə bilər).
Kitabı özünüz və yaxud poçt vasitəsi (nüsxə sayı müəllifin istəyinə görə) ilə təqdim edib arayış ala bilərsiniz.
Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.
Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçiləri üçün açıqdır.
Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.