Kitabxanadan istifadə:
- Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport, şəxsi vəsiqə, hərbi bilet) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.
- Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçıləri üçün açıqdır.
- Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.