\\ Xatirə kitabı

Ulu öndərimizin bilavasitə xeyir-duası ilə yaradılan Prezident Kitabxanası öz fondunun zənginliyi və oxuculara xidmət işinin yeni forma və üsulları, müasir kitabxana-informasiya texnologiyası ilə təmin edilməsi cəhətdən hazırda respublikamızda çox mühüm mədəni, elmi və informasiya əhəmiyyəti kəsb edən bir kitabxanaya çevrilmişdir.

Abuzər Xələfov,
professor, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri

Sizin isti qonaqpərvərliyinizə görə təşəkkürlər. Sizin kitabxananıza və Azərbaycanda kitabxana işinin inkişafına ən yaxşı  arzularla.

Ellen Tise
İFLA-nın 2007-2009-cu illər üçün Seçilmiş Prezidenti
25 noyabr 2008-ci il.

Böyük məmnuniyyətlə Prezident Kitabxanasının binası, fondu və əməkdaşları ilə tanış oldum. Azərbaycan Respublikasının rəhbərliyinə, kitabxananın bütün əməkdaşlarına, Azərbaycanın mədəni irsinin qorunmasına göstərdikləri həssas diqqətə görə, bəşəriyyətin əsas nailiyyətlərindən biri olan kitaba sevgiyə görə dərin təşəkkürümü bildirirəm.

V. İstratov
Rusiya Federasiyasının Azərbaycandakı səfiri
18 mart 2008-ci il

Diskussiyalarla zəngin, ideyalarla, dostluq münasibətləri ilə bol günlər üçün minnətdarlıqla. Rifah, uğur, maraqlı layihələr və səadət arzuları ilə.

İ. A. Andreyeva
Rusiya Federasiyası Dövlət Dumasının Kitabxana Fondları İdarəsinin
(Parlament Kitabxanası) müdiri

24 yanvar 2008-ci il

Beş il ərzində siz azman iş görmüşünüz. Sizə sonrakı yeni təşəbbüslərinizdə uğurlar arzulayıram.

K.K.Nakipova
Qazaxıstan Respublikası Prezident Administrasiyası Kitabxanasının müdiri
24 yanvar 2008-ci il

Azərbaycana ilk gəlişimin sonunda Prezident Kitabxanasına gəlməyim məni məmnun etdi. Bu müqəddəs məkanda səliqə-sahmanlı materiallar oxumağa ümumi maraq oyadır, kitabları ictimaiyyət üçün əlçatan etmək isə dəyişən cəmiyyətdə mədəniyyətə xidmət edən amillərdir.

İsmail Sirageldin
İsgəndəriyyə Kitabxanasının direktoru, MƏR
27 dekabr 2007-ci il

Prezident Kitabxanası mənim Azərbaycanda gördüyüm ən yaddaqalan kitabxanadır. O, gözəldir, yaxşı təşkil olunmuşdur və düzgün idarə edilir.

Dr. Kennet J. Oberembt,
Kitabxana idarəetməsi və treninq üzrə beynəlxalq mütəxəssis, ABŞ
12 may 2006-cı il

Milli sərvətin və müdrikliyin xəzinəsi olan bu əla kitabxanaya ən yaxşı arzularla. Sizə həm də uğurlar, çoxlu maraqlı ideyalar arzulayıram.

İnne Qudele
Latviya Respublikasının Elektron İdarəetmə işləri üzrə naziri
30 mart 2007-ci il

Prezident Kitabxanasında mövcud kitab fondunun elektron kataloqunun yaradılması sahəsində çox böyük və uğurlu işlər həyata keçirilir.

Sevda Məmmədəliyeva,
Mədəniyyət nazirinin müavini

Respublikada analoqu olmayan bir kitabxana yaratmısınız. Əhsən! Bir mütəxəssis kimi Sizin işinizlə fərəhlənirəm.

Tamilla İsmixanova,
Respublika Elmi-Pedaqoji Kitabxanasının direktoru

Necə də gözəl kitabxana və işçi heyətidir. Qısa bir zamanda bu həcmdə işin görülməsi xoş təəssürat bağışlayır. Buraya tezliklə qayıtmağa ümid edir və bu kitabxana ilə əməkdaşlığı arzulayıram.

Vilyam C. Middlton
ABŞ-ın Avropa İnformasiya resursları mərkəzi ofisinin direktoru, Vyana
22 mart 2006-cı il