19-25 avqust 2017-ci il tarixində Prezident Kitabxanasının əməkdaşları – direktor Mayıl Əhmədov və bölmə müdiri Əliyusuf Məmmədov Beynəlxalaq Kitabxana Assosiasiyaları və Təsisatlarının (İFLA) Polşa Respublikasının Vroslav şəhərində keçirilən 83-cü Beynəlxalq konfransında iştirak etmişlər.
Konfrans zamanı kitabxana və informasiya xidməti, nəşriyyat işi, kitabxana texnologiyaları və inventarı, oxu mədəniyyəti və sair mövzular üzrə 150-dən çox ölkənin təmsilçilərinin müzakirələri keçirilmişdir. Konfrans çərçivəsində Prezident Kitabxanasının əməkdaşları Vroslav şəhərində fəaliyyət göstərən kitabxanalarla tanış olmuş və həmin kitabxanalara Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə dair kitablar hədiyyə etmişlər.