Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın anadan olmasının 55 illiyi münasibətilə kitabxananın Konfrans zalında sərgi təşkil edilmişdir. Sərgidə Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm Heydər Əliyev Fondunun prezidenti, həm Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, həm UNESCO və İSESCO-nun xoşməramlı səfiri, həm də Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi çoxşaxəli fəaliyyətini özündə əks etdirən müxtəlif dillərdə kitablar, haqqında məqalələr dərc edilən jurnallar, foto-albomlar nümayiş etdirilir.
Sərgidə nümayiş etdirilən kitablar arasında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın təbiətini, mədəniyyətini, incəsənətini özündə dolğun şəkildə əks etdirən və nəfis tərtibatda çap edilən kitablar xüsusilə diqqəti cəlb edir.