3 dekabr 2019-cu ildə Qars Mədəniyyət və Sənət Dərnəyinin başqanı Vedat Akçayöz və Qars Qafqaz Universiteti Konservatoriyasının professoru Rafiq İmrani Prezident Kitabxanasının qonağı olmuşlar. Qonaqlar səfərlərinin məqsədi barəsində məlumat vermiş, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, 10 ildir ki, Qars Mədəniyyət və Sənət Dərnəyi ilə Prezident Kitabxanası əməkdaşlıq edir. Həmçinin M. Əhmədov Dərnəyin bütün nəşrlərini mütəmadi olaraq Kitabxanaya hədiyyə etdiyi üçün V. Akçayözə minnətdarlıq etmişdir. V. Akçayöz Qarsın və Aninin tarixi keçmişi və mədəniyyəti ilə bağlı yeni kitablarını – “Aninin gizemli yüzü” və “New Discovers in Ani” kitablarını Kitabxanaya hədiyyə etmişdir. Hər iki kitabda müəllifə yardımçı olduğu üçün Kitabxananın şöbə müdiri Nazim Mustafaya minnətdarlıq ifadə edilmişdir.